Accessibility links

Lerikdə yanğının qarşısını almaq üçün helikopterlər cəlb olunub


yanğın
yanğın

Yanğının hələlik səbəbləri açıqlanmır

Bir neçə gündür ki, Lerik rayonunda (bakıdan 305 kilometr cənub) olan meşə massivində yanğın davam edir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytının məlumatına görə Lerik rayonu, Piran kəndində (rayon mərkəzindən 35 km aralı) dağlıq meşə ərazisində güclü yanğın baş verib. Yanğının söndürülməsinə FHN-nin Aviasiya Dəstəsindən 1 ədəd helekopter cəlb edilib.

Yanğınsöndürmə işləri davam edir.

Bununla belə yanğınsöndürən maşınların hadisə yerinə qalxması mümkünsüz olduğundan yanğının söndürülməsi işinə traktorlar və digər ağır texniki vasitələrlə yanaşı, yerli qurumların əməkdaşları və sakinlər cəlb olunublar

Yerli əhalinin Amerikanın Səsinə verdiyi məlumata görə yanğın Lənkəran-Lerik arasında yerləşən əlçatmaz yüksəklikdə başlayıb.

Hələlik əhali üçün təhlükə yoxdur.

Bununla belə yanğının genişlənməsi də ististna deyil.

Yanğının səbəbləri açıqlanmır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG