Accessibility links

Minlərlə meksikalı narko-kartellər tərəfindən oğurlanır


Sentyabr ayında 43-dən çox tələbənin itkin düşməsindən sonra Meksikada etiraz dalğası vüsət alıb. Qəzəbli meksikalılar siyasi sistemdə korrupsiyanın baş alıb getdiyini və narkotik mallar ticarətinin artdığını deyir. Tələbələrin itməsinə etiraz edənlərin diqqəti ölkədə təhlükəsizliyi qoruya bilmədiyi deyilən prezident Enrik Pina Niyeto hökumətinə yönəlib.

43 nəfərdən çox tələbənin itməsindən sonra bu ayın əvvəlində qəzəbli sakinlər prezidentin Meksika şəhərindəki iqamərgahının qarşısına toplaşaraq binanın girişinə əldəqayırma bombalar atıblar. Pedaqoji kollecin tələbələri Querrero ştatının İquala şəhərində yoxa çıxıb.

Hökumət bu işdə yerli polisi ittiham edir. Belə ki, polis merin xanımının çıxışını pozmağa çalışan tələbələri saxladıqdan sonra onları narkotika kartelinə təhvil verib. Mer və onun həyat yoldaşı artıq həbs ediliblər.

Lakin meksikalılar suallarına cavab tələb etməkdə davam edir. Məsələ yalnız itən tələbələr deyil, ölkədə baş alıb gedən narkotik qaçaqmalçılığı ilə bağlı itkin düşən 20 000-dən çox meksikalı da və qanun aliliyinin zəifliyindədir.

Solemnidad Sançez Querrero şəhərində etiraz nümayişinə çıxanlardan biridir "Quererro icması da, insanları da artıq yorulub. Yanız 43 tələbənin itməsi deyil, həm Querreroda, həm də bütün Meksikada minlərlə insan itir.”

Meksika prezidenti Enrik Pena Niyetonun tənqidçiləri onun diqqəti ölkədəki bərbad vəziyyətdəki təhlükəsizlikdən yayındıraraq, enerji islahatlarına yönəltdiyini deyirlər.

Vaşinqtonun Latin Amerika şöbəsindən Maurin Meyer reallığın artıq Meksika liderini yaxaladığını deyir. “Əlbəttə, uzun dönəmli diqqət tələb edən məsələlər var. Amma hökumət üzləşdiyi böhranın miqyasını dərk etməli və ona dərhal cavab verməlidir. Son 7-8 ildə burada təhlükəsizlik nəhəng problemə çevrilib.”

Hələ ki, cavab yoxdur, yalnız dəhşətli tapıntılar var.

İquala bölgəsində bu günlərdə aşkar edilən kütləvi qəbir suallar doğurur: Bu qəbirdə kimlər basdırılıb? Və Enrik Pena Niyeto hökuməti bununla bağlı hansı addımlar atacaq?

XS
SM
MD
LG