Cümə axşamı günü, 18 Dekabr, 2014 Yerli vaxt 12:28

Azərbaycan

Mikayıl Cabbarov təhsil naziri təyin edilib

Misir Mərdanov nazir vəzifəsindən azad edilib. Yeni nazir bundan öncə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi idi

Mikayıl Cabbarov
Mikayıl Cabbarov
Prezident Ilham Əliyevin sərəncamı ilə “İçəri Şəhər” dövlət qoruğunun direktoru Mikayıl Cabbarov təhsil naziri təyin edilib.

Prezident təhsil naziri Misir Mərdanovu vəzifəsindən azad edib.

Mikayıl Cabbarov heç vaxt təhsil sahəsində çalışmayıb.

O, 19 sentyabr 1976-cı ildə Bakıda anadan olub. Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini bitirib. ABŞ-ın Sakramento şəhərində Hüquq məktəbində, daha sonra Azərbaycan Dövlət İqtisadiyyat Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb.

Əmək fəaliyyətinə 1995-ci ildə bank sektorunda başlayıb, 1999-2002-ci illərdə özəl sektorda hüquqşünas, “Azpetrol” şirkətində vitse-prezident işləyib. 2002-2003-cü illərdə İqtisadi İnkişaf Nazirliyində məsləhətçi, 2003-2004-cü illərdə isə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti vəzifələrində çalışıb.

2004-cü il fevralın 20-də Azərbaycan iqtisadi inkişaf nazirinin müavini təyin olunub. 2009-cu il martın 6-dan isə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi vəzifəsində çalışıb.

Evlidir, 2 övladı var.
Bu forum qapanıb
Şərhlər
     
Bu forumda şərh yoxdur. Birinci yazan siz olun.

SANTA BARBARAYA SƏFƏR

Your JavaScript is turned off or you have an old version of Adobe's Flash Player. Get the latest Flash player.
Santa Barbarai
X
Bəxtiyar Zamanov
16.12.2014
Santa Barbara şəhərində ən qədimi və tarixi binalardan biri olduğundan Santa Barbara serialının əbədi yaddaşlarımızda qalan giriş hissəsi burada çəkilib. Bu şəhəri ən azından bir dəfə ziyarət etmək məsləhətdir.

AMERİKANA

Your JavaScript is turned off or you have an old version of Adobe's Flash Player. Get the latest Flash player.
Amerikana: Dünya liderləri ilə görüşən azərbaycanlı - Vüqar Salamlının Harvard Təcrübəsii
X
13.12.2014
Çoxları onun adını eşitməsə də, həmtəsisçisi olduğu OL! Hərəkatı, Azad Fikir Universiteti kimi layihələr xüsusilə gənclər arasında çox tanınır. Amerikanın Səsinin Amerikana proqramının bu dəfəki qonağı Vüqar Salamlıdır!O, hazırda Harvard Universitetinin tələbəsidir.
Video

Video Amerikana: Dünya liderləri ilə görüşən azərbaycanlı - Vüqar Salamlının Harvard Təcrübəsi

Çoxları onun adını eşitməsə də, həmtəsisçisi olduğu OL! Hərəkatı, Azad Fikir Universiteti kimi layihələr xüsusilə gənclər arasında çox tanınır. Amerikanın Səsinin Amerikana proqramının bu dəfəki qonağı Vüqar Salamlıdır!O, hazırda Harvard Universitetinin tələbəsidir.
Video

Video Amerikana: Harvardın amerikalı aşığı

“Aşıq Tim” ləqəbi ilə tanınan amerikalı gənc hazırda Harvard Universitetində təhsil alır.
Video

Video Amerikana: Harvard - Milyarderlər Universiteti

Amerikana proqramının bu dəfəki buraxılışında sizi dünyanın bir nömrəli universiteti ilə tanış edirik
Video

Video "Anam Gəncəlidir" - Harvardın professoru Zeynəb Tonla müsahibə

“Amerikana” proqramının qonağı olan Zeynəb Ton ABŞ-da 40 ən yaxşı professordan biri seçilib
Video

Video Amerikana: Assateague - Vəhşi atlar qoruğu

Atlantik okeanın sahilindəki Assateague adası canlı təbiət həvəskarlarının ən sevdiyi yerlərdən biridir
Sorğu arxivi

BLOGLAR