Accessibility links

Azərbaycanda Milli Mətbuat Günüdür


"Molla Nəsrəddin" jurnalı
"Molla Nəsrəddin" jurnalı

Ölkədə 11 jurnalist və bloger həbsdədir

Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür.

139 il əvvəl, 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin rəhbərliyi ilə ölkənin ilk mediası olan “Əkinçi” qəzeti çapa başlayıb.

Bundan sonra, xüsusilə XlX əsrin sonları və XX əsrin əvvəllərində çoxsaylı qəzetlər azad fikrin yayıcısına çevrilib. Hökumətlərin təqibinə baxmayaraq Azərbaycanın azad mediası öz nəşrini qonşu ölkələrdə olsa da davam etdirə bilib.

Sovet rejiminin ağır illərində Azərbaycanın bir neçə müstəqil qəzeti, o cümlədən “İstiqlal” , “Azəri türk”, “Yaşıl yarpaq”, “Оdlu yurd”, “Bildiriş”, “Yеni Qafqasya” nəşrləri Türkiyədə çap olunub.

1980-ci illərin sonlarında, Sovet rejiminin süqutu dövründə ölkədə yenidən müstəqil medianın çapı bərpa olunub. Əvvəlcə gizli yollarla azad fikrin daşıyıcısı olan qəzetlər çapa başlayıb. Nəhayət, 1989-cu il dekabrın 24-də “Azadlıq” qəzetinin leqal çap olunması Azərbaycanda yenidən müstəqil medianın çiçəklənməsini başlanğıcı olub.

1997-ci ildə senzura rəsmən ləğv olunub.

Hazırda ölkədə yüzlərlə qəzet və jurnal çap olunur. Rəsmi Bakı media azadlığının tam bərpa olunduğunu bəyan etsə də beynəlxalq təşkilatlar söz azadlığının gerilədiyini bildirir.

Son illərdə ölkədə bir jurnalist və bir publisist qətlə yetirilib. Hər iki şəxsin qatilləri və qətlin sifarişçiləri hələ də həbs edilməyib.

Azərbaycan həbsdə olan jurnalistlərin və blogerlərin sayına görə dünyada “məhbus jurnalistlər” onluğuna daxildir. Belə ki, 2014-cü ildə 11 jurnalist və bloger həbsdədir.

Freedom House beynəlxalq hüquq-müdafiə təşkilatının dünyada mətbuat azadlığının reytinqində Azərbaycan 183-cü yerdədir.

“Sərhədsiz Reportyorlar” təşkilatının “2014-ci ildə dünyada mətbuat azadlığının indeksi” adlı illik hesabatında Azərbaycan 160-cı yerdədir.

XS
SM
MD
LG