Accessibility links

Mobil infraqırmızı skannerlər enerjiyə qənaət edir [Video]


Mobil infraqırmızı skannerlər enerjiyə qənaət edir
please wait

No media source currently available

0:00 0:02:03 0:00

ABŞ Ətraf-Mühit Qoruma Agentliyi bildirir ki, evi qızdırmaq və sərinləşdirmək maliyyəti ev sahiblərinin xərclərinin böyük hissəsini tutur. Evləri və ya binaları yaxşı izolasiya olmamış sahibkarlar bu yolla pul itirirlər. Ancaq MİT-nin mexanika üzrə professorları onları xilas etməyə kömək etmək istəyir.

Sanjay Sarma: "Tamamilə belə şey baş verir. Siz pullarınızı havaya üfürürsüz."

Sanjay Sarma deyir ki, istiyə həssas infra-qırmızı kameraları İnternet nəhəngi Google-ın təqdim etdiyi küçələri xəritələyən texnologiya ilə əlaqələndirdikdə ev sahiblərinə və həmçinin kommunal şirkətlərə enerji israfına dair daha dəqiq nəticələrlə təmin edəcək.

Onun şirkəti Essess bir neçə avtomobili infra-qırmızı, adi kameralar və həmçinin lazer sensorlar, GPS cihazları ilə təchiz edib. Avtomobillərlə küçə xəritələrinin şəkilləri arasında əlaqə qurulub.

Şirkətin icraçı direktoru Tom Skaramelino deyir ki, hərəkətdə olan avtomobilin infra-qırmızı skannerləri bir saat içərisində bir məhəllənin istilik israfına dair xəritəni çəkə bilər.

Tom Skaramelino: "Sistem binaların fasadlarına qarşı mümkün dərəcədə dəqiqliklə istilik sızmasını ölçmək üçün dizayn edilib. Beləliklə biz evlərin enerji israfının qarşısını almaq nəzər nöqtəsindən tədbir görülə biləcək məsləhətlər veririk."

Şirkət deyir ki, onların çəkdikləri şəkillər hətta enerji israfına səbəb olan binaların quruluş xətalarını da göstərir.

XS
SM
MD
LG