Accessibility links

"Müharibənin üzü" [Video]


"Müharibənin Üzü"
please wait
Embed

No media source currently available

0:00 0:02:49 0:00

Rusiya prezidenti Vladimir Putin keçən ay Nyu-Yorkda BMT-nin Baş Assambleyasında çıxış etdiyi vaxt, Vaşinqtonda ona həsr olunmuş sərgi açılıb. Sərgi ona rəğbət əlaməti olaraq təşkil edilməyib. Burada ukraynalı rəssamın əsərləri unikal şəkildə göstərilib. Sərginin təşkilatçılar deyir ki, rəsmlər təkcə sənət əsərləri deyil, onlar vasitəsilə güclü siyasi mesajlar verilir.

Ukraynalı rəssam Darya Marçenkonun 5 min boş gilizdən istifadə edərək, hazırladığı Vladimir Putinin portreti “Müharibənin üzü” adlanır. Bu gilizlər hökumət qüvvələri ilə Rusiyanın dəstəklədiyi separatçılar arasında döyüşlərin getdiyi ön cəbhədən götürülüb.

Mən bu layihəyə başlayanda Ukrayna tədricən daha çox itki verirdi. Mən bu hisslərin yalnız bizim, ukraynalıların hiss etdiyini düşündüm və dünyanın da bunu anlamasını istədim.

Darya Marçenko deyir ki, belə bir ideya sevgilisinin Kiyevdə Meydan etirazları zamanı ilk gülləni gətirməsindən sonra yaranıb. O, bundan sonra hər şeyin öz-özünə baş verdiyini deyir:

“Mən bu layihəyə başlayanda Ukrayna tədricən daha çox itki verirdi. Mən bu hisslərin yalnız bizim, ukraynalıların hiss etdiyini düşündüm və dünyanın da bunu anlamasını istədim. “

Sərgininin təşkilatçıları simvol olaraq portretin qarşısına tikanlı məftillər düzüb.

“Biz bu layihə ilə ukraynalılara və amerikalılara, ümumiyyətlə hər kəsə, eləcə də Konqresə Putinin həyatımıza narahatlıq gətirdiyini göstərmək istədik.”

Marçenko özünün layihəsini ictimaiyyətə nümayiş etdirməklə dünyanın rəyini qazanmış oldu.Ona Əlcəzairdən. Hollandiyadan, Suriyadan və Rusiyadan mesaylar gəldi. Rusiyalılardan müsbət rəylər gəlsə də, təhdidlər də oldu.

Rusiyanın Ukraynaya təcavüzü nəticəsində minlərlə adam həlak olub.
Rusiyanın Ukraynaya təcavüzü nəticəsində minlərlə adam həlak olub.

“Bu layihənin enerjisi çox ağırdır. Yəni belə bir layihəni hazırlayarkən sən şən ola bilməzsən. Lakin bu məni dayandırmadi. Mən Kiyevdə hələ də sülh şəraitində yaşadığım üçün Ukrayna əsgərlərinə hörmətimi bildirdim, təşəkkür etmiş oldum.”

Sərgi salonunda işıqlar dəyişdikcə, Putinin üzünə düşən kölgələr də dəyişərək, həyəcandan tutmuş qəddarlıq ifadələrinə qədər effekt yaradır. Marçenko Putinin bu sərgi haqda xəbərdar olacağına və davranışında dəyişiklik edəcəyinə ümid edir.

“Mənim fikrimcə, dünyada heç bir diktator soyuq gecənin qaranlığında atdığı addımlar barədə sizə səmimi olaraqnə düşünündüyünü deyə bilməyəcək . Lakin mən onları gələcəkdə nələr gözlədiyini bildiklərinə inanıram.”

Darya Marçenko sərgini İtaliya, Britaniya, hətta Hindistan muzeylərində nümayiş etdirməklə bağlı müzakirələr aparır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG