Accessibility links

Mayk Nikols 83 yaşında dünyasını dəyişib


ABŞ-ın məşhur kino, teatr və televiziya tamaşalarının rejissoru Mayk Nikols 83 yaşında dünyasını dəyişib.

Yarım əsrlik yaradıcılığa malik olan Nikols ürək tutmasından vəfat edib.

Oskar, Qremmi və Toni mükafatlarına dəfələrlə layiq görülən kino-rejissor 1931-ci ildə alman ana və rusiyalı yəhudi atadan Berlində dünyaya gəlib.

Onun ən məşhur filmləri arasında 1968-ci ildə Oskar mükafatına layiq görülən “Virciniya Vulfdan kim qorxur” filmi yer alır.

Dastinn Hoffmanın iştirak etdiyi “Məzun” filminə görə Nikols Qızıl qlobus mükafatını qazanıb.

7 yaşında ailəsi ilə bərabər ABŞ-a mühacirət edən kino-rejissor “Mən ingiliscə danışmıram və “Xahiş edirəm məni öpməyin”dən başqa heç bir söz bilmədiyini deyirdi.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG