Accessibility links

İranla sərhəddə cinayətkar qrup zərərsizləşdirilib


Narkotik
Narkotik

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi və Astara Rayon Polis Şöbəsi Xüsusi Təyinatlı Polis Qüvvələri cəlb edilməklə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan cinayətkar qrupun üzvlərini müəyyən edərək zərərsizləşdirib. Bu barədə Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Polis cinayətkar qrupu zərərsizləşdirir
Polis cinayətkar qrupu zərərsizləşdirir

Belə ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayonunun (Bakıdan 317 kilometr cənub) sakinləri, əvvəllər dəfələrlə məhkum olunmuşlar - Rəvan Rüstəmov, İqrar Mirzəyev, Ələddin Məmmədov, Akif Nuriyev, Gülxan Əliyev və Abuzər Əhədovdan ibarət mütəşəkkil dəstənin üzvləri saxlanılıb.

Narkotik
Narkotik

Baxış zamanı onlardan və yaşadıqları evlərdən ümumi çəkisi 2,6 kiloqramdan artıq narkotik vasitə, o cümlədən 1,4 kiloqram tiryək, 703 qram heroin, 474 qramdan çox həşiş qətranı, 100,38 qram amfetaminlər qrupuna daxil olan metilamfetamin, 7 patronu ilə birlikdə 1 "Naqan" tipli tapança, 98 gülləsi ilə birlikdə 1 pnevmatik tapança, elektron tərəzi və 1 maska aşkar edilərək götürülüb.

Fakt üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

XS
SM
MD
LG