Accessibility links

Saxlanılan NİDA-çı gənclərə 3 aylıq həbs qəti imkan tədbiri seçilib


NİDA Vətəndaş Hərəkatı
NİDA Vətəndaş Hərəkatı

NİDA ittihamları qəbul etmir

Martın 9-da NİDA-nın saxlanan üzvləri Şahin Novruzlu, Bəxtiyar Quliyev, Məmməd Əzizov barəsində məhkəmənin qərarı ilə 3 aylıq həbs qəti imkan tədbiri seçilib.
NİDa-çıkalrın birinin ailəsindən Amerikanın Səsinə bildiriblər ki, həbs qəti imkan tədbiri seçilən zaman onların yanında dövlət tərəfindən təyin olunmuş vəkillər olub.

Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətləri, NİDA təşkilatının üç üzvü - Bəxtiyar Quliyev, Şahin Novruzlu və Məmməd Əzizovun saxlanması ilə bağlı birgə məlumat yayıb.

Bəxtiyar Quliyev və Şahin Novruzlu CM-in 234.1 və 228.1-ci maddələri, Məmməd Əzizov isə həmin məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulub.

İlkin istintaqla müəyyən edilib ki, hər üç şəxs 2012-ci ilin ortalarından etibarən internet vasitəsi ilə "Nida" Vətəndaş Hərəkatının üzvləri və narkotika aludəçisi olmaqla, təşkilatın bir sıra qanunsuz tədbirlərində fəal iştirak edib və yaşadıqları mənzillərdən aşkar edilmiş "Molotov kokteyli" adlanan tez alışan maye onlar tərəfindən hazırlanıb.

Öz növbəsində NİDA və saxlananlarına ailələri ittihamı qəbul etmir. NİDA Vətəndaş Hərəkatı mübarizəni dinc qaydada, konstitusiya və qanunlara uyğun apardığını bəyan edib. Təşkilat üzvlərinin həbsini siyasi sifariş adlandırır və insanların etirazlarda iştirakının qarşısını almaq üçün qorxu hissi yaratmağa hesablandığını bildirir.
XS
SM
MD
LG