Accessibility links

Avropa İnsan Haqları komissarı: Azərbaycanda tərəfdaşlarımızın hamısı həbsxanadadır


Avropa Şurasının İnsan hüquqları üzrə Komissarı Nils Mujnieks
Avropa Şurasının İnsan hüquqları üzrə Komissarı Nils Mujnieks

“Mən Leyla Yunusun və İntiqam Əliyevin həbs müddətinin uzadılması barədə xəbərlərdən məyus olmuşam”, Avropa Şurası insan hüquqları üzrə komissar Nils Mujnieks Bakı səfərinin yekunlarını Turan agentliyinə şərh edərkən bildirib.

Lakin hər şey əksinə oldu.

“Mən baş prokuror Qaralov və ədliyyə naziri Məmmədovla bu mövzuları müzakirə etdim, Leyla Yunusun səhhətinin pis olmasını nəzərə alaraq onun azadlığa buraxılmasının vacibliyini qeyd etdim. Lakin hər şey əksinə oldu”, Avropa komissarı vurğulayıb.

O qeyd edib ki, rəsmi şəxslərlə danışıqlar zamanı söhbət hüquqi aspektlərdən, hüquq müdafiəçilərinin əsassız olaraq həbsdə saxlanmasından və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarından gedib.

“Mən əsasən İlqar Məmədovun işi üzrə qərarın icrasının vacibliyini qeyd etdim”, komissar bildirib.

Azərbaycanda insan hüquqlarının vəziyyətinə ümumi qiymət verən Mujnieks bunun çox ağır olduğunu deyib.

“Demək olar tərəfdaşlarımızın hamısı həbsxanadadır, - o qeyd edib.

“Bu vəziyyətdə Avropa Şurası nə etmək fikrindədir?”, sualının cavabında Mujnieks deyib ki, baş katib Yanqland, prezident Brasser və Avropa Şurasının digər liderləri vəziyyətdən narahatdırlar və rəsmi Bakı ilə müntəzəm əlaqə saxlayırlar.

“Avropa Şurası Azərbaycana qarşı xüsusi addımlar ata və sanksiya qəbul edə bilərmi?”, sualının cavabında Mujnieks deyib ki, bu cür məsələlər Parlament Assambleyasının səlahiyyətinə aiddir, belə PA insan hüquqlarının pozulmasına görə Rusiyaya artıq sanksiya tətbiq edib.

Düşünürəm ki, Azərbaycan hakimiyyəti Avropa Şurası ilə birgə qəbul etdiyi 2014-16-cı illər üçün Fəaliyyət Planının müddəalarını yerinə yetirməlidir.

“Mənə gəlincə, Avropa komissarının vəzifəsi insan haqları probleminin həllinə yardım etməkdir. Düşünürəm ki, Azərbaycan hakimiyyəti Avropa Şurası ilə birgə qəbul etdiyi 2014-16-cı illər üçün Fəaliyyət Planının müddəalarını yerinə yetirməlidir.

Azərbaycan hakimiyyəti başa düşməlidir ki, qanunvericiliyi sərtləşdirməklə, vətəndaş cəmiyyətinin işini mümkünsüz etməklə, sərf etməyən QHT-ləri qeydiyyata almamaqla insan hüquqları problemlərindən uzaqlaşır”, komissar bildirib.

Bütün bunlar narahat edir, məyusluq doğurur.

O qeyd edib ki, bu gün demək olar ki, Azərbaycanda hüquq-müdafiə fəaliyyəti yoxdur. Bundan əlavə, hakimiyyət bu sahədə vəziyyətin yaxşılaşdırılması barədə tövsiyələrə nəinki məhəl qoymur, hətta onların sərtləşdirilməsi yolu ilə gedir. Bütün bunlar narahat edir, məyusluq doğurur”, o vurğulayıb.

Qeyd edək ki, Mujnieks Bakıya ikigünlük səfəri zamanı həbsdə olan hüquq müdafiəçiləri Leyla Yunus, İntiqam Əliyev, Rəsul Cəfərov və Anar Məmmədli ilə görüşüb. Bundan əlavə, Avropa komissarı hüquq müdafiəçilərinin vəkilləri ilə görüşüb.

XS
SM
MD
LG