Accessibility links

ABŞ Nümayəndələr Palatası Barak Obamanı məhkəməyə verir


ABŞ Nümayəndələr Palatasının respublikaçı qanunvericiləri Obama administrasiyasının icraedici səlahiyyətlərindən sui-istifadə etdiyini iddia edərək “Obamacare” kimi tanınan milli səhiyyə planına görə prezident Barak Obama administratsiyasını məhkəməyə veriblər.

Nümayəndələr Palatasının Səhiyyə və İnsan Xidmətləri Departamenti və Xəzinədarlıq Departamentinə qarşı iddianı məhkəməyə cümə günü təqdim ediblər. İddiada bildirilir ki, Obama administrasiyası 50-dən çox işçisi olan şirkətlərin onları tibbi sığorta ilə təmin etmə tələbini qanunsuz şəkildə təxirə salır.

Administrasiya bu tələbi artıq iki dəfə təxirə salıb.

Qanunvericilər həmçinin, iddia edirlər ki, bu səhiyyə qanunu azmaaşlı işçilərin sığortalarının qiymətlərini ucuzlaşdırması üçün sığorta şirkətlərini subsisiyalarla təmin edərək vəsaitlərin qanunsuz xərclənməsinə yol açacaq.

Nümayəndələr Palatasının spikeri Con Beyner bir neçə aydır prezident Obamanı səhiyyə qanununa görə məhkəməyə verməklə hədələyir. İyul ayında Nümayəndələr Palatası prezidentin səlahiyətindən sui-istifadə edərək, səhiyyə qanununun hissələrini dəyişdiyinə görə Obamanı məhkəməyə verməyə səlahiyyət verən qətnamə qəbul edib.

Səhiyyə qanunu ilə bağlı məhkəmə işinin müvəffəqiyətlə bitib-bitməyəcəyi bilinməsə də, bu iddianın prezident Obamanın immiqrasiya islahatı planlarına təsir edəcəyi gözlənilir.

Cümə axşamı prezident Obama icraedici səlahiyyətindən istifadə edərək mühacirətlə bağlı sərəncam imzalamalıdır.

XS
SM
MD
LG