Accessibility links

Barak Obama: İsrail lideri İranla bağlı yeni alternativlər irəli sürməyib


ABŞ prezidenti Barak Obama İsrailin baş nazirinin Konqres qarşısındakı çıxışına tənqidi münasibət bildirib. O, İsrail liderinin İranla bağlı mövqeyində yeni alternativlər irəli sürmədiyini deyib.

Müxbirlərlə görüşü zamanı ABŞ dövlət başçısı Netanyahunun çıxışını dinləmədiniyi, yalnız çıxışın mətni ilə tanış olduğunu bildirib. Obama İsrailn baş nazirinin heç bir yeni söz demədiyini vurğulayıb.

ABŞ-ın İranla nüvə danışıqlarının vasitəçi rolunu müdafiə edən prezident razılığın İranı nüvə silahlarının istehsalından çəkindirəcək ən yaxşı yol olduğunu deyib.

Prezidentin Netanyahunun Amerika səfərinə olan narazılığı onun vitse-prezident Co Baydeni Mərkəzi Amerika ölkələrinə göndərməklə də viruzə verib.

Eyni zamanda ABŞ Dövlət Departamenti İsrail liderinin dövlət katibi Con Kerrinin İranla bağlı fikirlərinə də yer verdiyini bildirib. Departament sözçüsü Jen Psaki deyib ki, Netanyahu Kerrinin İranın 190 min uran zənginləşdirilməsi sentrifuqasından ilin sonunadək istifadəsinə razılıq verildiiyini təsdiq etdiyini deyib. Netanyahu bunun İranı nüvə silahı əldə etməsinə yaxınlaşdırdığını deyib. Psaki Kerrinin belə bir şey demədiyini bildirib. O, Kerrinin İranın elektrik istehsal edən nüvə obyektində 190 min və ya daha artıq sentrifuqasının olduğunu söylədiyini deyib.

İsrailin baş naziri bu gün ABŞ Konqresi qarşısındakı çıxışının mübahisələrə səbəb olduğunu etiraf etsə də, Vaşinqton səfərinin siyasi mahiyyət daşımadığını deyib.

Benyamin Netanyahu qanunvericilərə ABŞ prezidenti Barak Obmanın dəstəyinə görə təşəkkürünü bildirib. O, bir baş nazir kimi ölkəsinin və xalqının gələcəyinin üzləşdiyi təhlükəyə-nüvə silahı istehsal etməyə can atan İranla bağlı narahatlığından bəhs edib.

Nümayəndələr Palatasının respublikaçı spikeri Con Beynerin Netanyahunu Amerikaya dəvət etməsi diplomatik təlatümə yol açıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG