Accessibility links

ABŞ yeni fəza gəmisini sınaqdan keçirib


ABŞ astronovtlarını Aya aparacaq yeni fəza gəmisi sınaq uçuşu həyata keçirib.

Orion adlanan kapsul cümə axşamı günü Floridanın Keyp Kanaveral şəhərindən fəzaya göndərilib.

İnsansız fəza gəmisi Yer Kürəsinin orbiti ətrafında iki dəfə dövr vuracaq. Dörd saat yarım uçuşdan sonra fəza gəmisi Sakit Okeana düşməzdən əvvəl Yer Kürəsinin atmosferindəki sürəti saatda 32000 kilometə çatacaq.

ABŞ fəza agentliyi NASA bildirir ki, Orionun 2021-ci ilədək fəza uçuşları insansız həyata keçiriləcək. Orion fəza gəmisi tam fəaliyyətə başladıqdan sonra Ay, astroid və Mars kimi missiyalara dörd ilə altı arasında astronavt daşıyacaq.

XS
SM
MD
LG