Accessibility links

Dünya şöhrətli dizayner Oskar De La Renta vəfat edib


Dəb dünyasında əfsanəvi karyerası ilə bir irs qoyan nüfuzlu dizayner Oskar De La Renta dünən dünyasını dəyişib. Oskar De La Rentanın 82 yaşı var idi.

İspan dilli Univiziya televiziya şəbəkəsi Oskar De La Rentanın on illik xərçənglə mübarizədən sonra vəfat etdiyi barədə məlumat verib.

Dominikan Respublikasında anadan olan dizayner 1960-cı illərdə ABŞ-ın birinci xanımı Jaklin Kennedinin paltarlarını dizayn etdikdən sonra dünyada şöhrət qazanmağa başlayıb.

O zamandan bəri Oskar De La Rentanın dəb evi dəbdəbəli paltarları ilə moda podiumlarından qırmızı xalıyadək uzun bir yol qət edib.

Ən son isə De La Renta keçən ay İtaliyada hüquqşunas Amal Amuddinin aktyor Corc Kluni ilə toy mərasimində geyindiyi gəlinliyini dizayn edib.

De La Rentanın adını həyat yoldaşı Anet Englhard, himayəyə götürdüyü oğlu Moises, ögəy uşaqları və ögəy nəvələri yaşadacaq.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG