Accessibility links

450 000 ABŞ dolları oğurlayanlar tutulub


Dollar
Dollar

Bakının Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi avqustun 25-də “Renessans-İnşaat” MTK-nın ofisindən içərisində 450.000 ABŞ dolları olan seyfi oğurlamış qrupun üzvü, Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş Ramin Məhərrəmovu tutub. Ondan 3,08 qram tiryək də götürülüb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Tikinti şirkətindən işərisində 450 000 ABŞ dolları olan seyf bu il avqustun 1-də oğurlanıb.

Mətbuat xidməti bildirir ki, polis avqustun 24-də seyfi oğurlamış qrupun digər üzvü, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Əhmədovu tutub.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG