Accessibility links

Pakistanda tibb işçilərinə hücum zamanı dörd nəfər həyatını itirib


Pakistanın cənub-qərb bölgəsində silahlı şəxslər poliomielit xəstəliyinə qarşı peyvənd kampaniyası keçirən qrupun üzvlərinə hücum edərək dörd nəfəri öldürüb. Hadisə nəticəsindən bir neçə adam yaralanıb.

İnsident Bəlucistan vilayətinin paytaxtı Kvetta şəhərində baş verib.

Bəlucistanın daxili işlər naziri Əkbər Durrani hadisənin detalları ilə bağlı açıqlamada motosikletdə olan terrorçuların tibb işçilərinə hücumu nəticəsində dörd nəfərin həlak olduğu, daha üç adamın yaralandığını bildirib. O, hüquq-mühafizə orqanlarının hücuma görə məsuliyyət daşıyanları ədalət qarşısına çıxaracağına ümid etdiyini deyib.

Daxili işlər naziri həmçinin peyvənd proqramının hücuma görə dayandırılmayacağını əlavə edib.

Polis ölənlərin üçünün qadın tibb işçiləri olduğunu bildirib.

Hadisə nəticəsində yaralanan tibb işçilərindən birinin sözlərinə görə, motosikletdə olan terrorçular şəhər kənarında onunla bərabər peyvənd kampaniyasını həyata keçirən səkkiz qadın və bir kişinin olduğu maşının qarşısını kəsib atəş açmağa başlayıblar.

Pakistanın Baş naziri Nəvaz Şərif poliemielit xəstəliyinə qarşı peyvənd proqramında iştirak edən tibb işçilərinə qarşı hücumu qınayıb. Baş nazirin verdiyi rəsmi bəyanatda tibb işçilərini hədəf alanların Pakistanın düşmənləri olduğu deyilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG