Accessibility links

Pakistanda tanınmış jurnalistə hücum edilib


Pakistan televiziyasında populyar tok şou aparıcısı olan tanınmış jurnalist hücum nəticəsində yaralanıb.

Rəsmilərin bildirdiyinə görə, özəl Geo News tele kanalının aparıcısı Hamid Mir şənbə günü Kəraçidə güllə ilə vurulub yaralanıb, lakin onun sağalacağı gözlənilir. Polisin verdiyi məlumata əsasən, jurnalistin qarın və çanaq nahiyəsi, habelə ayağından vurulub.

Silahlı şəxslərin Kəraçi hava limanı yaxınlığında Hamid Mirin maşınına atəş açarkın avtomobil və motosikletlərdə olduğu bildirilir.

Geo News tele şirkəti jurnalistin hücumun hədəfi olduğunu bildirib.

Bu, Hamid Mirə qarşı ilk belə hücum deyil. Geo News tele şirkəti İslamabadda onun avtomobilinin altında partlayıcıların tapıldığını bildirib.

Hamid Mir bundan əvvəl Pakistan xalqına qarşı ədalətsizlik və qəddarlıqlara qarşı açıq çıxış edib və bu ilin əvvəli Kəraçidə media üzvlərinə qarşı hücumları qınayıb.

ABŞ Dövlət Departamenti açıqladığı bəyanatda Pakistanda jurnalistə qarşı hücumu pisləyib.

Mətbuat azadlığını müdafiə edən qruplar Pakistanın dünyada jurnalistlər üçün ən təhlükəli ölkələrdən biri olduğunu bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG