Accessibility links

Vladimir Putinin şərqi Ukrayna strategiyası [Təhlil]


Prezident Vladimir Putinin Ukraynanın cənubundakı Rusiyapərəst yaraqlılara münasibəti ilhaq olunan Krım yarımadasındakı strategiyadan fərqlidir.

Rusiya hərbi qüvvələrinin Ukrayna sərhədi boyunca cəmləşməsi Moskvanın Krım yarımadasını ilhaqını xatırladır. Lakin Prezident Putinin Ukraynanın cənubunda və şərqində rus qoşunlarının gəlməsini istəyən rusdilli ukraynalılara münasibəti başqadır.
O, Krımı strateji qənimət kimi görürdü. Amma şərqdəki separatçıları o, Avropa Birliyinə və NATO-ya daxil olmaq istəyən Ukrayna daxilində amma daha güclü görmək istəyir.
Keith Darden, Amerika Universiteti
Amerika Universitetinin professoru Keith Darden cənab Putinin separatçıları gələcək ruslar kimi görmədiyini deyir.

“O, Krımı strateji qənimət kimi görürdü. Amma şərqdəki separatçıları o, Avropa Birliyinə və NATO-ya daxil olmaq istəyən Ukrayna daxilində amma daha güclü görmək istəyir."

Donetsk separatçıları da Krımda olduğu kimi, referendum keçirərək Ukraynadan ayrılmaq istəyirlər.

Separatçıların lideri Denis Puşilin deyir:

“Referendum bizə hər hansı bir ölkə ilə münasibət qurmağa, federal və ya qeyri-federal hökumət yaratmağa, ya da sadəcə müstəqil olmağa imkan verəcək.”

Federalizasiya Moskvanın Ukraynanın cənub və şərq bölgəsindəki rusdillilərə nəzarətinə bir imkandır. Lakin Heritage Fondundan tədqiqatçı Ariel Kohen deyir ki, bu, cənab Putin üçün başağrısı deməkdir.
Maska geymiş Rusiyapərəst militantlar Donetskdə inzibati hökumət binasının qarşısında barrikada qurublar. 23 aprel, 2014.
Maska geymiş Rusiyapərəst militantlar Donetskdə inzibati hökumət binasının qarşısında barrikada qurublar. 23 aprel, 2014.
“Ukraynada federalizasiya nədir? Ukraynanın federalizasiyası onun bir dövlət kimi aciz olması deməkdir. Bu konstitusiya dəyişikliyi deməkdir. Mənə maraqlıdır, federalizasiya Rusiyanın özü üçün nə deməkdir?”

Lakin Rusiya lideri Krımın ilhaqı ilə bağlı tənqidlərə məhəl qoymayaraq. deyir ki, ukraynalılar gələcəklərini özləri seçməlidirlər.

“Biz obyektiv və dürüst olmalıyıq. Heç kim silah gücünə insanları evlərindən çıxarıb, seçki məntəqələrinə apara bilməzdi,” deyə Putin bildirib.

Cənab Putin Qərblə normal münasibətləri bərpa etməyə hazır olduğunu desə də, o, Kiyevin separatçılara dair siyasətinin Rusiyanın çeçen separatçılarına qarşı mübarizə ilə müqayisəsini rədd edir:

“Biz Şimali Qafqazda beynəlxalq terrorizmlə üzləşdik. Orada güclü təlimlər keçmiş və xaricdən silahla təmin edilən dəstələr var idi. Burada böyük fərq var.”
Biz obyektiv və dürüst olmalıyıq. Heç kim silah gücünə insanları evlərindən çıxarıb, seçki məntəqələrinə apara bilməzdi.
Vladimir Putin, Rusiya Prezidenti
Soyuq müharibə dönəmində Ronald Reyqan administrasiyasında işləyən məsləhətçi Con Lenkocski president Putinin Sovet İttifaqına məxsus taktikalardan istifadə etdiyini deyir.

“Moskva paranoyadadır. Bu, klassik Sovet strategiyası idi. Bu, Qərbi Moskvanın hər nə istəyirsə edə biləcəyinə inandırmaq istəməsindən irəli gəlirdi. Yəni biz onları nəyəsə təhrik edə bilmərik. Əgər biz onları nəyəsə təhrik etsək, onlar daha pis işlər görəcək.”

Bu arada isə Rusiya iddia edir ki, onun qoşunları bu ölkəyə müdaxilə etmək üçün deyil, baş verə biləcək zorakılıqların qarşısını almaq üçün Ukrayna sərhədlərinə yerləşdirilib.
XS
SM
MD
LG