Accessibility links

Putin Ukraynanın şərqində dövlətçiliyə çağırıb


Rusiya prezidenti Vladimir Putin gərginliklərə səhnə olan Ukraynanın cənub-şərqində dövlətçiliklə bağlı təcili və təxirəsalınmaz danışıqlara başlamağa çağırıb.

Rusiya xəbər agentliklərinin məlumatına görə, dövlətin nəzarətində olan televiziya vasitəsilə danışan cənab Putin deyib ki, regionda yaşayan bəzi insanların qeyri-qanuni maraqlarının qarşısını almaq üçün dövlətçilik çox vacibdir.

Bu günədək Moskva Ukraynanın şərq bölgələri üçün yüksək statuslu ancaq məhdud muxtariyyətin verilməsinə çağırmışdı.

Avropa Birliyi Moskva Ukraynanın şərqində hərbi fəaliyyətini davam etdirəcəyi təqdirdə Rusiyaya yeni sanksiyalar tətbiq ediləcəyini bildirib. Ancaq Avropa blokunun 28 ölkəsinin Rusiya qaz və ticarətindən asılı olması səbəbilə AB-nin sanksiyalarının ağırlıq dərəcəsi barədə fikir ayrılıqları mövcuddur.

XS
SM
MD
LG