Accessibility links

Qaraçuxur məscidində yanğın


Kibera, Nairobi
Kibera, Nairobi

Noyabrın 26-da gecə Bakının Suraxanı rayonundakı Qaraçuxur məscidini yandırmağa cəhd olub.

Yerli medianın yazdığına görə məsciddə dini icmalar arasında gərginlik var.

Fəaliyyəti dayandırılan “Əbu Bəkr” məscidinin rəhbəri Qamət Süleymanov yanmış məscidin imamına istinadən Turan agentliyinə məscidin yandırıldığını deyib. “Qarçuxurda gərginlik var idi, iki məzhəb arasında gərginlik yaşanırdı (şiələri nəzərdə tutur-red) , əhli-sünnə tərəfdarları artırdı, bu da gərginliyə səbəb olurdu”, Süleymanov bildirib.

O qeyd edib ki, təhlükəsizlik kameralarına baxılsa bu işi kimlərin törətdiyini üzə çıxarmaq mümkün olar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov məscidə hücum olması, yandırılması haqda yayılan xəbərləri yalan və əsassız adlandırıb.

O bildirib ki, məscidin gözətçisi gecə Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinə müraciət edərək 2 nəfər tanımadığı şəxsin məscidin girişinə salınmış xalçaya od vurub qaçdığını bildirib. Onun kiçik bir hissəsi yanıb ki, bunu da də gözətçi özü söndürüb. 32-ci Polis Bölməsinin əməkdaşları gözətçinin müraciətini araşdırır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı APA agentliyinə bildirib ki, komitə məsələni nəzarətə götürüb və hazırda sədr müavininin rəhbərliyi altında komitənin nümayəndələri hadisə yerindədir.

M.Qurbanlı qeyd edib ki, polisin araşdırması ilə yanaşı, Komitə məsələni nəzarətdə saxlayır və yaxın zamana araşdırmanın nəticələri məlum olacaq: “O məsciddə indiyə qədər dini baxımdan qarşıdurma, mübahisə müşahidə olunmayıb. Bu hadisə də indi araşdırılmalıdır. Bunun kökündə hansı xəttin olması diqqətlə araşdırılıb öyrəniləcək”.

Hadisənin dini təriqətlər arasında mübahisə zəminində baş verməsi ilə bağlı yayılan fikrə komitə sədri belə cavab verib ki, hər şey araşdırmadan sonra bəlli olacaq və açıqlanacaq.

Agentlik bildirir ki, naməlum şəxslər Qaraçuxur qəsəbəsində yerləşən məscidə içərisində yanacaq olan şüşə qab atıblar. Nəticədə məsciddə yanğın olub. Məsciddə olan şəxslərin səyi nəticəsində yanğının qarşısı alınıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG