Accessibility links

Nursultan Nazarbayev yenidən Qazaxıstanın prezidenti seçilib


Seçkilərdə real müxalifət iştirak etməyib

Qazaxstan prezidenti Nursultan Nazarbayev bazar günü yenidən prezident seçilib. Cənab Nazarbayev səslərin 97.7 faizini qazanıb. Digər iki namizəd az tanınan Kommunist Partiyası rəsmisi və ticarət həmkarları təşkilatının üzvü olub. Onların hər biri 1 faizdən az səs toplayıb. Seçki komissiyası səsvermədə 95 faiz seçicinin iştirak etdiyini bildirib. Bu, Qazaxıstanda seçkilərdə iştirak edən ən yüksək seçici sayıdır.

“Əminəm ki, Qazaxıstan xalqı dövlətimizin davamlı inkişafı və insanların həyatının təkmilləşdirilməsinə, yəni ölkənin mənim rəhbərliyim altında yürütdüyü siyasətə səs verəcək,”-deyə 74 yaşlı cənab Nazarbayev səs verərkən bildirib.

Neftlə zəngin Qazaxıstanda 1991 ildə Sovet İttifaqından müstəqilliyini elan edəndən sonra yüksək inkişaf baş verib. Ölkə digər keçmiş sovet respublikalarının inkişafının qarşısını alan müharibələr, zorakılıqlar və siyasi çevrilişlərdən kənarda qalıb.Qazaxıstan həm Rusiyanın, həm də Birləşmiş Ştatların yaxın müttəfiqidir.

Ancaq 1989-cu ildən bəri ölkənin yeganə rəhbəri cənab Nazarbayev olub. İnsan haqları qrupları onu söz azadlığı və müxalif səsləri susdurmaqda günahlandırlar. İndiyədək Qazaxıstanda keçirilən heç bir seçki beynəlxalq monitorinq qrupları tərəfindən azad və ədalətli adlandırılmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG