Accessibility links

34 qəzetə 1 milyon 243 min manat maliyyə yardımı ayrılıb


Qəzet
Qəzet

İyunun 30-da Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu2015-ci ilin II yarısı üçün34 qəzetə 1 milyon 243 min manat maliyyə yardımı ayırıb.

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun məlumatına görə, müsabiqəyə layihə təqdim etmiş 34 qəzetin hamısına maliyyə yardımı ayrılıb.

Müşahidəçilər yardım ayrılmış qəzetlərin böyük əksəriyyətinin iqtidar və ya iqtidaryönümlü qəzetlər olduğunu bildirir. Məsələn, dəfələrlə maliyyə böhranı ilə bağlı bəyanatla çıxış edən ölkədə ən çox tirajlı qəzetlərdən biri olan “Azadlıq” qəzeti yardım alanların siyahısında deyil.

Ən çox maliyyə yardımı 60 min manatdır: Kaspi, Kaspiy, Mövqe, Yeni Azərbaycan, Səs, Yeni Müsavat, Palitra, Ədalət, Bakı Xəbər, “525-ci qəzet”, Ekspress.

Bu qəzetlər 40 min yardım alıb: Həftə içi, “Azad Azərbaycan”, Şərq, Xalq Cəbhəsi, Futbol+Qol, Bizim Yol, Olaylar.

Üç qəzetə 30 min verilib: Futbol+, Üç nöqtə, Azernews.

Digər qəzetlərə isə 20 min və 9 min manat verilib. Məsələn, Hürriyyət qəzetinə cəmi 9 min yardım verilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG