Accessibility links

Qraffiti vandalizminə qarşı yeni mübarizə metodu [Video]


Qraffiti vandalizminə qarşı yeni mübarizə metodu
please wait

No media source currently available

0:00 0:02:32 0:00

Digər şəhərlərdə olduğu kimi Sidneyin vandallar ictimai nəqliyyat qatarlarnın üzərinə boyalarla və silinməyən markerlərlə qraffiti çəkirlər.

Təhlükəsizlik kameraları onlara nəzarətə kömək etsə də, vaqonların hamısını hər zaman izləmək mümkün olmur.

Keçən il nümayiş etdirilən yeni nəzarət sistemi kimyəvi maddələri hiss edən “elektron burun” cihazına əsaslanır. Sidney Qatarları Depatamentinin icraçı direktoru Hovard Kollins bu metodun daha effektli olduğunu deyir.

Hovard Kollins: "Biz 50 nəfəri bu cinayətlərə görə cəzalandırmışıq. Bu sistemi digər qatarlara yayırıq və mükəmməl nəticə əldə etmişik."

Cihazın adı Mousetrap-dır. Technique Risk şirkəti tərəfindən hazırlanan bu cihaz markerlərdən və ya püskürdücü rəngli boyalardan çıxan iyini hiss edir. Şirkətin təsisçisi Mark Bayers bildirir ki, cihaz bu iyini tanınan boya növləri ilə müqayisə edir və dərhal yaxınlıqdakı nəzarət video kamerasına sıqnal ötürür.

Mark Bayers: "Sistemin gücü ondadır ki, təhlükəsizlik işçisi və ya polis mobil telefon vasitəsi ilə sistemə nəzarət edə bilir. Onların qəbul etdiyi informasiya qatarın və ya nəqliyyatın nömrəsidir. Hadisənin baş verdiyi yer və qatarın getdiyi istiqamət həmçinin məlumatda yer alır."

Vandallar sistemin qarşısını ala bilmirlər, çünki sensorlar qatarın divarlarında gizlədilib.

Qatarlara və platformalara nəzarət edən mülki geyimli polislər hadisə yerində vandala qarşı tez bir vaxtda tədbir görə bilirlər.

Kollins deyir ki, sistemin bəzi əlavə üstünlükləri də var.

Hovard Kollins: "Biz indi bu kimi hadisələrin nə vaxt və harada baş verdiyini qeydə alan məlumat bazası qururuq. Beləliklə polis bunun harada və günün hansı vaxtında ola biləcəyi haqda məlumatlı olur."

Kollins deyir ki, Mousetrap cihazı sayəsində Sidneyin qatarları qraffitidən azaddır. Sistemin qatarlara qurulması yarım milyon dollara başa gəlib. Bu, keçən il Sidney Qatarları Departamentinin qraffiti yazılarını vaqonlardan təmizləmək üçün sərf etdiyi 34 miliyon dollarla müyaqisədə dəfələrlə kiçik məbləğdir.

XS
SM
MD
LG