Accessibility links

Qusarda müəmmalı qətl


İyunun 30-da Qusar rayonunun Çiləgir kəndində (Bakıdan 177 kilometr şimal) Bakı şəhər sakini, 70 yaşlı Ramiz Verdiyev odlu silahla qətlə yetirilib. Yerli sakinlər Vedriyevin namus zəminində Eynullah Hacıyev tərəfindən öldürüldüyünü bildirir. Hadisə biznesmen Ramiz Verdiyevin Çiləgir kəndindəki evində baş verib. Eynullah Hacıyev bu evdə gözətçi işləyirmiş.

Eynullah Hacıyev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Qusar rayon prokurorunun köməkçisi Anar Salehov Çiləgir kəndində baş verən qətl hadisəsini Amerikanın Səsinə təsdiqləyib. Onun sözlərinə görə, faktla bağlı Qusar rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi qaldırılıb.

Cinayətin motvinə gəlincə Anar Salehov bu barədə məlumat verməyib.

“Hazırda istintaq gedir. Cinayətin motivi və gedişi ilə bağlı rəsmi məlumat yayılacaq”, o qeyd edib.

Qətlə yetirilmiş biznesmen Ramiz Verdiyevin nazirlərdən birinin qohumu olduğu bildirilir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG