Accessibility links

Riçard Morninqstar: Önəmli məsələlərdə bir-birimizi dinləməməyi dayandırmalı və danışmalıyıq [Video]


Riçard Morninqstar: Önəmli məsələlərdə bir-birimizi dinləməməyi dayandırmalı və danışmalıyıq (Tam mətn)
please wait

No media source currently available

0:00 0:05:59 0:00

Riçard Morninqstar: Önəmli məsələlərdə bir-birimizi dinləməməyi dayandırmalı və danışmalıyıq (Tam mətn)

ABŞ səfiri vida çıxışını edib. Çıxışın tam mətnini təqdim edirik

Bu gün ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Azərbaycan Milli İncəsənət Muzeyində Amerikanın maliyyələşdirdiyi mübadilə proqramlarının məzunları qarşısında vida çıxışı edib.

Səfir Morninqstar iyulun sonunda ölkəni tərk edəcək.

O bildirib ki, mübadilə proqramları ABŞ-ın Azərbaycanda ən dəyərli proqramlarındandır. “Siz Azərbaycanın gələcək liderlərisiniz və əksər hallarda artıq öz çiyinlərinizdə mühüm liderlik məsuliyyətləri götürürsünüz”, o qeyd edib.

ABŞ-Azərbaycan əlaqələrinin əsas prioritetlərini əhatə edən çıxışın tam mətnini təqdim edirik:

İlk öncə mən aydınlaşdırmaq istəyirəm ki, həyat yoldaşım Feys və mənim ötən iki il ərzində burada olmağımızın bir səbəbi var: biz Azərbaycana dərin məhəbbət bəsləyirik. Ötən iki il ərzində mən dediklərim və etdiklərim bir məqsəd güdüb. Azərbaycanın demokratik və bazar iqtisadiyyatına əsaslanan ölkəyə çevrilməsi istiqamətində irəliləyiş əldə etmək üçün əməkdaşlıq etmək. Mən həmişə Azərbaycanın dostu olmuşam və olacağam.

Mən səfir olmağa razılıq verdim, çünki bu ölkə və onun insanları ilə uzunmüddətli əlaqələrim var idi.

Riçard Morninqstar
Riçard Morninqstar

Mən Azərbaycana 1995-ci ildən səfər etmişəm və bir çox azərbaycanlını əsl dost hesab edirəm. Səfir olmaq mənim üçün şərəf və məmnuniyyət idi və mən getdiyimə görə kədərlənirəm.

Vurğulamaq istəyirəm ki, Birləşmiş Ştatlar və mən Azərbaycanın ötən 23 il ərzində öz suverenlik və müstəqilliyini qoruyub saxlamağa yönəlmiş cəsarətli kursunu təqdir edirik. Birləşmiş Ştatlar Azərbaycanın suverenlik və müstəqilliyini həmişə dəstəkləyəcəkdir. Mən

Azərbaycan xalqı çox böyük çətinliklərin öhdəsindən gəlmişdir və siz bununla fəxr etməlisiniz.

Azərbaycana ilk dəfə təqribən 20 il əvvəl səfər edəndə bura fərqli bir yer idi. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hərbi əməliyyatları dayandırmaq üçün atəşkəs imzalanmışdı. İqtisadiyyat böhran vəziyyətində idi. Lakin, Azərbaycan o vaxtdan bəri böyük iqtisadi inkişafa nail olub və ölkənin əksər hissəsi əhəmiyyətli dərəcədə müsbət dəyişmişdir. İndi Bakı iyirmi il bundan öncəki şəhərdən xeyli fərqlənir. Azərbaycan xalqı çox böyük çətinliklərin öhdəsindən gəlmişdir və siz bununla fəxr etməlisiniz.

Birləşmiş Ştatlar kəməri dəstəklədi, çünki o, Azərbaycan və qonşu Gürcüstana öz suverenlik və müstəqilliklərini qoruyub saxlamağa kömək etdi.

Azərbaycan öz suverenliyini və müstəqilliyini bir çox cəhətdən nümayiş etdirmişdir. Təzyiqlərə baxmayaraq, Azərbaycan Bakı-Tbilisi-Ceyhan kəmərinin çəkilməsinə sadiq qalmışdır. Bu kəmər Azərbaycanın iqtisadi inkişafının təməl daşı olmuşdur. Birləşmiş Ştatlar kəməri dəstəklədi, çünki o, Azərbaycan və qonşu Gürcüstana öz suverenlik və müstəqilliklərini qoruyub saxlamağa kömək etdi.

Mən Cənub Qaz Dəhlizinin gerçəkləşməsinə təkan verməkdən çox məmnun oldum.

Azərbaycanın Gürcüstan, Türkiyə və Avropaya qaz nəql edəcək Cənub Qaz Dəhlizinə sadiqliyi eyni dərəcədə cəsarətli addım idi. Mən Cənub Qaz Dəhlizinin gerçəkləşməsinə təkan verməkdən çox məmnun oldum. Ümidvaram ki, ikitərəfli iqtisadi əməkdaşlığımız yalnız enerji sahəsində deyil, digər sahələrdə də inkişaf edəcəkdir. Ümid edirəm ki, ikitərəfli ticarət və sərmayələr daha da artacaqdır.

Bu payız Azərbaycanla Birləşmiş Ştatlar arasında birbaşa uçuşlar həyata keçirilməyə başlayacaqdır. Çoxsaylı proqramlar var ki, onlar barədə çox az adam xəbərdardır.

Azərbaycan Kosovo, İraq və Əfqanıstanda özünün güclü dəstəyi ilə geosiyasi sahədə də cəsarət və qətiyyət nümayiş etdirmişdir. Əfqanıstana hərbi qulluqçular göndərməklə yanaşı, Azərbaycan Əfqanıstana və oradan malların daşınması üçün nəqliyyat qovşağı olmağa dair siyasi qərar qəbul etdi. Azərbaycan bunu etməyə də bilərdi və bu sahədəki işimiz əngəlsiz yerinə yetirilmişdir. Əməkdaşlığımız Dövlət Sərhəd Xidməti ilə kimyəvi maddələrin yayılması və insan alverinin qarşısının alınmasını da əhatə edir. Bu payız Azərbaycanla Birləşmiş Ştatlar arasında birbaşa uçuşlar həyata keçirilməyə başlayacaqdır. Çoxsaylı proqramlar var ki, onlar barədə çox az adam xəbərdardır.

Bu münaqişəyə birdəfəlik son qoymaq üçün yeni cəhdlərə ehtiyac var.

Biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə işimizi davam etdiririk. Ötən iki ili Azərbaycanın paytaxtı və bölgələrdə olmaqla mən və Feys bu münaqişənin bütün azərbaycanlılar üçün necə ağrılı olmasını öyrənmişik. Bu münaqişəyə birdəfəlik son qoymaq üçün yeni cəhdlərə ehtiyac var. Sülh regiondakı insanlara əhəmiyyətli faydalar gətirəcək və Azərbaycanın gələcək rifahını təmin edəcəkdir. Bu sizin və regionun xalqlarının halal haqqıdır.

Biz bütün səviyyələrdə rəsmilərlə daim demokratiya və insan haqları barədə müzakirələr aparırıq.

İkitərəfli əlaqələrimizin enerji və təhlükəsizlik elementləri vacibdir. Lakin, Azərbaycanla əlaqələrimiz onlarla məhdudlaşmır. Biz bütün səviyyələrdə rəsmilərlə daim demokratiya və insan haqları barədə müzakirələr aparırıq. Bu məsələlər Birləşmiş Ştatlar üçün önəmlidir. Onlar bizi və xarici siyasətimizi müəyyən edir.

Prezident Obamanın keçən ay Brüsseldə avropalı gənclərə dediyi kimi, “Bəli, biz demokratiyaya... müstəqil məhkəməyə və müxalifət partiyalarına, vətəndaş cəmiyyətinə və insanların öz seçimlərini etməsi üçün senzurasız məlumata inanırıq. Biz inandığımız məhz budur. Bizi güclü edən də budur.”

Biz bir-birimizin mövqelərini anlamağa çalışmalı və bir-birimizin maraqlarını qəbul etməliyik.

Göründüyü kimi, biz və Azərbaycan bu məsələlərə fərqli yanaşırıq. Lakin, hər bir tərəfdaşla olduğu kimi davamlı dialoq mühümdür. Bizim fikir ayrılıqlarımız ola bilər, lakin biz dialoqu davam etdirməliyik. Biz bir-birimizin mövqelərini anlamağa çalışmalı və bir-birimizin maraqlarını qəbul etməliyik. Biz bu önəmli məsələlərdə bir-birimizi dinləməməzdən gəlməyi dayandırmalı və bu önəmli məsələlər barədə bir-birimizlə danışmalıyıq.

Azərbaycanda sabitliyi qoruyub saxlamağa biz də kömək etmək istəyirik.

Biz anlayırıq ki, Azərbaycan mürəkkəb məkanda yerləşir. Azərbaycan öz suverenlik və müstəqilliyini qoruyub saxlamağa çalışdığı bir vaxtda biz onun yanında olmalıyıq. Biz bilirik ki, hökumətin ən ümdə məqsədi sabitliyi qorumaqdır. Azərbaycanda sabitliyi qoruyub saxlamağa biz də kömək etmək istəyirik. Biz sabitlik olmayan ölkələrdə, bir çox ölkələrdə nə baş verdiyinin şahidi olmuşuq.

Biz inanırıq ki, sabitliklə açıqlıq arasında balans var və hesab edirik ki, insanların fəaliyyət göstərmək və özləri üçün imkanlar yaratmaq azadlığı olan ölkələr uğurlu olacaqlar.

Bununla yanaşı, biz güclü şəkildə inanırıq ki, insanların özünü ifadə etməsi üçün onlara daha çox azadlıq verilərsə, Azərbaycan uzun müddət daha sabit olacaqdır. Biz bunu ona görə demirik ki, bu Birləşmiş Ştatları şad edəcəkdir, ona görə deyirik ki, biz inanırıq ki, bu Azərbaycanın marağındadır. Biz inanırıq ki, sabitliklə açıqlıq arasında balans var və hesab edirik ki, insanların fəaliyyət göstərmək və özləri üçün imkanlar yaratmaq azadlığı olan ölkələr uğurlu olacaqlar. Bu, uzunmüddətli perspektivdə, həm insanların, həm də Azərbaycan hökumətinin marağındadır.

Azərbaycanda fəalların və QHT liderlərinin ağır zəhməti və fədakarlığı məndə dərin təəssüratlar yaratmışdır.

Açıq, fəal vətəndaş cəmiyyəti bir çox cəhətlərdən çox güclü müsbət qüvvə ola bilər. Azərbaycanda fəalların və QHT liderlərinin ağır zəhməti və fədakarlığı məndə dərin təəssüratlar yaratmışdır. Mən Feysin bu ölkədə çoxsaylı qadınlarla birgə gördüyü işdən xüsusi qürur duyuram. Fəallar və liderlər öz ölkələrini çox sevirlər. Onlar bu cəmiyyətdəki ehtiyacları görür və vəziyyəti yaxşılaşdırmaq istəyirlər. Onlar önəmli töhfə vermək istəyirlər. Biz bu kimi şəxsləri və ya təşkilatları pozucu qüvvə hesab etmirik. Mən aydın şəkildə bildirmək istəyirəm: Birləşmiş Ştatlar Azərbaycanda hər hansı bir şəkildə qeyri-sabitlik və ya iğtişaş yaratmaq istəmir. Lakin, mən inanıram ki, hökumət bizim

mən inanıram ki, hökumət bizim barəsində çox bəhs etdiyimiz məsələlərə, ən son Həsən Hüseynlinin məsələsinə xərc-fayda nöqteyi-nəzərindən gözdən keçirəcək və bu məsələlərin sabitliyi artırmasını, yoxsa lüzumsuz problemlər yaratdığını müəyyən edəcəkdir

barəsində çox bəhs etdiyimiz məsələlərə, ən son Həsən Hüseynlinin məsələsini xərc-fayda nöqteyi-nəzərindən gözdən keçirəcək və bu məsələlərin sabitliyin artırmasını, yoxsa lüzumsuz problemlər yaratdığını müəyyən edəcəkdir. Biz QHT-ləri və vətəndaş cəmiyyətini dəstəkləyirik, çünki biz onların işinin dəyərinə güclü şəkildə inanırıq. Bizim rəhbər prinsipimiz belədir ki, QHT-lər şəffaf şəkildə işləməlidir və biz hökumətlə sıx dialoqa çağırırıq.

Biz əlaqələrimizi dərinləşdirməyin yollarını araşdırmaqda davam edəcəyik.

Gələcəyə baxaraq, ümid edirəm ki, ikitərəfli əlaqələrimizin önəminin daha yaxşı anlaşılması və dəyərləndirilməsi artacaqdır. Biz anlayırıq ki, Azərbaycan öz yolunu seçmişdir və biz Azərbaycanın müstəqilliyik və suverenliyini güclü şəkildə dəstəkləyirik. Biz əlaqələrimizi dərinləşdirməyin yollarını araşdırmaqda davam edəcəyik. Lakin, bunu etmək üçün biz ortaq maraqlarımıza cavab verən məqsədlərə nail olunmasına əngəl törədən bəzi xoşagəlməz məsələləri həll etməliyik.

Yekunda bir daha bildirmək istəyirəm ki, Azərbaycanda səfir kimi çalışmaqdan şərəf duyuram. Feys və mənim burada keçirdiyimiz zaman bizim üçün həmişə əziz olacaq. Mən mühüm ikitərəfli əlaqələrimizin gedişatını çox yaxından izləməyə davam edəcəyəm və Azərbaycanın öz potensialına tam nail olmasını təmin etmək üçün bacardığım dəstəyi verəcəyəm. Mən həmişə bu ölkənin dostu olacağam və növbəti 20 il ərzində qarşılıqlı əlaqələrimizi davam etdirməyi səbirsizliklə gözləyirəm.

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG