Accessibility links

ABŞ-da robot müsabiqəsi [Video]


ABŞ-da robot müsabiqəsi
please wait

No media source currently available

0:00 0:02:45 0:00

Yarışmada iştirak edənlər düzəltdikləri robotun ətrafda gəzərək idmançı dəqiqliyi ilə boş zibil qutularını təyin olunmuş yerlərə götürməsini həyəcanla izlərkən, 40 min tamaşaçı onları alqışlayır.

1992-ci ildən bəri bu, belədir. Orta məktəbin son sinif şagirdlərindən ibarət komandalar hər il keçirilən Elm və Texnologiyanın Anım və Ruhlanması kimi bilinən tədbirdə iştirak etmək üçün Missuri Ştatının St Luis şəhərində yerləşən Einşteyn sarayında toplaşır.

Robotlar zibili təmsil edən plastik əşyaları götürüb, zibilə atmalıdırlar.

Hər yarışmada olduğu kimi burada da məğlub olmaq üzüntüsü var. Komandaların sıradan çıxan robotu düzəldib, yenidən meydana buraxması həyəcanı.

8 kateqoriyada çempion olanlarla yanaşı başqa çoxlu qalib gələnlər də olub.

Kristofer Puliken 118-ci komandanın sürücüsüdür. Onların robotu Robonauts qalib gələnlər arasındadır.

Kristopher Puliken: "Mən özümü əla hiss edirəm. Biz dünya çempionatında qalib gəlmək üçün 18-19-20 ildir mübarizə aparırdıq. Çempionluq həmişə bizdən yan keçmişdi, amma bu dəfə fərqli oldu."

Yarışma yerli və regional tədbirlərlə başlayır və sonra ən qabaqcıl komanda ABŞ-a gələrək fərqli sahələrdə yarışırlar.

225-ci komandadan Betni Rispoli Tech Fire lahiyəsi ilə elm və riyaziyyat sahəsində yarışır.

Betni Rispoli: "Mən mühəndisliyin, texnologiyanın, elmin və riyaziyyatın kağızda məsələləri həll etməkdən daha çox iş görəcəyini anladım. Bu mənə bu sahənin nə qədər həyəcanlı, digər idmanlar kimi nə qədər şən olduğunu gördüm."

254-cü komandanın texniki məsləhətçisi E.J. Sabathia bu komandaya 15 il əvvəl üzv kimi başlayıb. O hazırda Tesla Motorsda mühəndisdir.

E.J. Sabathia: "Mən uşaqların bu işlərdə mütəxəssislərin necə işlədiyini görmələrini istəyirəm. Onlar bizim adi insan olduğumuzu və özlərini harada görəcəklərini bilmələrini istəyirəm."

Gənc yaşlarında yarışmada iştirak edən, hazırda NASA-da mühəndis işləyən digər şəxs isə Meyson Markidir.

Meyson Marki: "Mənim laboratoriyamda işləyənlərin çoxu keçmiş yarışçılardır. Bu, möhtəşəmdir. Baxın, priz qazandıq. Bu qiyamət deyil?"

Bu ilki Robot yarışmasında Texasdan və Kaliforniyadan olan üç komanda qalib gəldi.

XS
SM
MD
LG