Accessibility links

Ailə robotları [Video]


Ailə robotları
please wait
Embed

No media source currently available

0:00 0:03:34 0:00

İctimai təqdimatından bir neçə il keçməsinə baxmayaraq Yaponiyanın düzəltdiyi insan robotu Asimo hələ də nümayiş və təcrübə platformalarında xidmət edir. Hətta satışa çıxarılsa belə, sadə ailələr üçün bu, çox bahalıdır.

Cibo kimi robotu düzətmək isə həm asan, həm də ucuzdur. O, insanlarla səs, şəkil və toxunma vasitəsiylə ünsiyyət qura bilir.

Massaçusets Texnologiya İnstitutundan araşdırmaçı Sintia Brazil Cibonu ilkin olaraq insanların texnologiya ilə necə ünsiyyət qurmasını araşdırmaq üçün yaradıb.

Sintia Brazil: Cibo hərəkət edə bilən robotdur. Kameralar hərəkət edir və səni görür, ünsiyyət qurur, canlı varlıq kimi danışır. O, sizə məzmunu tamamilə fərqli şəkildə çatdırır.

Cibo sizə görüşlərinizi xatırlada, şəkillər çəkə, insanları əyləndirə və uşaqlara nağıllar danışa bilər. Brazil robotun həmçinin həssas ekranlı texnologiyaya uyğun olduğunu deyir.

Sintia Brazil: İnsanlar çox vaxt toxunaraq əlaqə yaradırlar. Beləliklə Cibo nəsə edərsə və onlar bunu bəyənərsə, toxunmaqla ona nəsə öyrədə bilərlər.

İtaliyadan terapevtlər autizmli uşaqların müalicəsində danışan kiçik robotdan istifadə edirlər.

11 yaşlı Marko fikirlərini cəmləşdirməkdə və ünsiyyətdə yüksək irəliləyiş göstərib. Mühəndis Cuzeppe Palestra deyir ki, robot Markonun davranışlarına diqqətlə nəzarət edir.

Cuzeppe Palestra: Biz sənət aləmindən bir addım qabaqda olmaq istəyirik. Beləliklə biz insan robotunun daha yaxşı ünsiyyət qurmasını təmin edə bilərik. Məsələn, robot və uşaq arasında ünsiyyət.

Araşdırmaçılar deyir ki, onlar hər bir xəstə üçün proqramlaşdırılan robot düzəltmək istəyirlər. Çünki hər uşaq ünsiyyətlərə fərqli reaksiya verir.

Fransalı araşdırmaçı Pier Lebonun “ailə dostu” Kiker robotu əyləncə platforması üçün dizayn edilib və sahibinin dedikləri edə bilir.

Pier Lebonun: Mənim belə bir ideya ağlıma gəldi- keyfiyyətli səs sistemi, kamerası, içində projektor olan kompyuter. Və həmçinin istənilən otağa hərəkət edə bilsin, Televizor xususiyyətinə sahib olsun. Ən əsası heç bir kabeli və mürəkkəbliyi olmasın.

Araşdırmaçılar deyir ki, əyləncə üçün nəzərdə tutulmuş robotlar yaxınlarda satışa çıxarılacaq. 500 ilə 5000 dollar arasında olacaq robotlar yenədə adi alıcılar üçün bahadır. Müayinə xüsusiyyətinə sahib robotlar isə hələ sınaqdan keçirilir.

XS
SM
MD
LG