Accessibility links

Rövşən Binnətli: Düşünürəm ki, Avropa Oyunları gələcəkdə seçmə xarakterli olacaq [Video-müsahibə]


Rövşən Binnətli: Düşünürəm ki, Avropa Oyunları gələcəkdə seçmə xarakterli olacaq
please wait

No media source currently available

0:00 0:05:19 0:00

Rövşən Binnətli: Düşünürəm ki, Avropa Oyunları gələcəkdə seçmə xarakterli olacaq

İdman şərhçisinin Amerikanın Səsinə müsahibəsi

İdman şərhçisi Rövşən Binnətli Amerikanın Səsinə müsahibəsində Azərbaycanda keçirilən Birinci Avropa Oyunları, yarışların gələcək perspektivlərindən danışıb.

Amerikanın Səsi: İlk Avropa Oyunları bu qitə yarışlarının gələcəkdə davam etdirilməsinə zəmin yaradırmı?

Böyük yarışların hamısnın əvvəli çətinliklərlə müşayiət olunub.

Rövşən Binnətli: Bildiyimiz kimi, digər qitələrdə bu, analoji yarışlar var idi, Avropada isə yox idi. Bu mənada uzun müddətdir ideya olaraq qalan bu yarış axır ki, gerçəkləşib. İdeya gerçəkləşdiyinə görə, müəyyən optimis fikir söyləmək mümkündür. Amma, bəzi məsələlər var ki, onlara da əsaslanıb yarışların bundan sonrakı taleyi ilə bağlı pessimis firkirlər də üstünlük təşkil edə bilər. Ancaq, nəzərə alaq ki, böyük yarışların hamısnın əvvəli çətinliklərlə müşayiət olunub. İstər futbol üzrə çempionatları götürsək, başqa yarışları götürsək ilk addımlar həmişə müəyyən problemlərlə üzləşib, o cümlədən də Avropa Oyunları. Bu cəhətdən məsələyə yanaşsaq, məsələn Niderlandın son anda namizədliyini geri götürməsi yarışların gələcəyi ilə bağlı pessimis fikirləri gücləndiribsə, bu gün Türkiyənin ikinci yarışları təşkil etmək təklifi irəli sürməsi optimis fikirlərə üstünlük gətirib. Ona görə, indilikdə qəti şəkildə demək çox çətin olsa da, mənim şəxsi düşüncəmə görə Avropa Oyunlarının gələcəyinə nikbin baxmaq olar.

Amerikanın Səsi: Ölkədəki idman qurğuları yarışların təşkili üçün bəs edirmi? Təşkilatı işləri necə qiymətləndirirsiniz?

Vaxtın azlığını da nəzərə almaqla deyə bilərik ki, xeyli çətin bir vəzifənin öhdəsindən gəlinib

Rövşən Binnətli: Avropa Oyunlarında 20 idman növü üzrə yarışlar keçirilir. Ona uyğun gələn, lazım olan, tələb olunan infrastruktur demək olar ki, yaradılıb. Nəzərə alaq ki, buarada Azərbaycanın təşkilatçı ölkə olaraq ixtiyarında olan vaxt çox az olub. Cəmi iki il yarım. Onun yarım ili də müəyyən təşkilatı işlərə gedib. Vaxtın azlığını da nəzərə almaqla deyə bilərik ki, xeyli çətin bir vəzifənin öhdəsindən gəlinib. Ümumən götürəndə qənaətbəxş saymaq olar.

Amerikanın Səsi: Yarışlarda medallar uğrunda mübarizəni necə qiymətləndirirsiniz? Nədənsə Almaniya, Fransa, Böyük Britaniya idmançıları zəif nəticələr göstərir. Səbəb nədir?

Seçmə yarışlar olmadığından, sərbəst seçim olduğuna görə balansın pozulduğunu deyə bilərik.

Rövşən Binntəli: Bilirsiniz, bu yarışalara seçmə turnirləri keçirilməyib. İlk yarışlar olduğuna görə, burada iştirakda ölkələrə sərbəstlik verilib.Yəni, seçim hüququ ölkələrin özlərinə verilib. Bəzi ölkələr güclü idmançılarını göndərdiyi halda, bir sıra ölkələr var ki, bu şansı o idmançılara verməyib. Belə düşünüblər ki, adi, slıradan bir idmançıları göndərib, onları yoxlamaq xarakterli bir yarış kimi yanaşılıblar. Xüsusilə də bu, böyük idman ölkələrinə aiddir. Siz adını çəkdiyiniz ölkələrin idmançılarının yüksək nəticə göstərməməsi məhz bu amillə bağlıdır. Amma, bir sıra ölkələr var ki, onların dünya və olimpiya çempionları bu yarışlara gəlib. Bütövlükdə dediyim kimi, seçmə yarışlar olmadığından, sərbəst seçim olduğuna görə balansın pozulduğunu deyə bilərik. Ancaq, bu yarışların perspektivi yaxşı olarsa, düşünürəm ki, gələcəkdə yarışlar seçmə xarakterli olacaq, necə ki, olimpiya oyunlarına o hüququ qazanıb gedirlər. Bu yarışlara da yəqin ki, gələcəkdə belə yanaşma olacaq.

Amerikanın Səsi: Azərbaycandakı idman infrastrukturunun hazırki vəziyyətini necə qiymətləndirirsiniz? Bu 2024-cü ildə yay olimpiya oyunlarına ölkənin namizədliyini irəli sürməsi üçün tramplin ola bilərmi?

Zənnimcə Azərbaycan 2024-cü il üçün namizədliyini irəli sürəcək.

Rövşən Binnətli: Zənnimcə Azərbaycan 2024-cü il üçün namizədliyini irəli sürəcək. Fikir verirsinizsə, getdikcə bu cür böyük yarışları keçirməyə ölkələr bir az çətinlik çəkirlər, bir az tərəddüdlə yanaşırlar. Bu amili də nəzərə almaq lazımdır. Elə bu, Avropa Oyunlarının keçirilməsi də məhz gələcəkdə yay olimpiya oyunlarını təşkil etməyə istiqamətlənən bir addımdır. Düşünürəm ki, ciddi bir tramplin ola bilər. Çünki yay olimpiya oyunlarını keçirmək üçün lazım olan infrastrukturun böyük bir hissəsi indi Azərbaycanda yaradılıb. Qalan hissəsini əldə etmək üçün isə xeyli vaxt var. Əgər bu, reallaşarsa Azərbaycanın qarşısında bundan sonra 7-8 il zamanı olacaq ki, bu arada olan boşluqları da doldurmaqla 2024-cü ildə böyük yarışı da təşkil etməyə zəmin var.

Amerikanın Səsi: Təbii ki, bu ilk Avropa Oyunlarıdır. Çatışmamazlıqlar varmı, görünürmü?

Rövşən Binnətli: Əlbəttə ki, çatışmamazlıqlar var. Ancaq, mən istəməzdim ki, bu ilk oyunlar olduğu üçün diqqətimizi çatışmamazlıqlara yönəldək. Bu işin çətinliklərini nəzərə alaraqdan yanaşıram, xırda qüsurlar var ki, istəməzdim ki, onları qabardaq. Çünki ona bu cür yarışları təşkil edən ölkələrin təcrübəsində də rast gəlmək olur. Yarışlar Azərbaycan standartarı üzərində başlayıb. Düşünürəm ki, bu standartlar üzərində də gələcəkdə ölkələr yarışları daha yaxşı təşkil edə bilərlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG