Accessibility links

Demi Murla Brüs Villisin qızı Rumer Villis Ulduzlarla Rəqs şousunun qalibi olub [Video]


Rumer and Demi
Rumer and Demi

Demi Murla Brüs Villisin qızı Rumer Villis Ulduzlarla Rəqs şousunun 20-ci buraxılışında “Mirror Ball” mükafatının qalibi olub.

Demi “Us Weekly” jurnalına həyəcan keçirdiyini söyləyib. Ona görə ki, Rumer özü üzərində çox çalışırdı. Həyəcanının həddi hüdudunun olmadığını bildirən kino ulduzu qızının gözəl ifa etdiyini və onun üçün çox sevindiyini bildirib.

Qalib gəldikdən sonra Rumerin atası Brüs Villis müxbirlərə qızı ilə qürur duyduğunu bildirib və qızı ilə şəkil çəkdirib.

Rumer ailəsinin onu çox dəstəklədiyini, və nə edirsə-etsin ailəsinin onun üçün sevindiyini bildirib.

Amma Rumer ən çox tərəf müqabili Val Çumerkovski ilə qürur duyduğunu deyib.

Val öz İnstaqram veb səhifəsində bu anı heç bir zaman unutmayacağını yazıb.

Əlbəttə ki, Demi birgə çəkdirdikləri şəkli Tviter hesabında yerləşdirib. O, bu anı ailə zamanı adlandırıb. Biz də bu ailəyə ən xoş arzularımızı diləyirik.

XS
SM
MD
LG