Accessibility links

Rusiyanın 5 bankına qarşı sanksiyalar tətbiq edilib


Avropa Ittifaqı Ukraynadakı fəaliyyətlərinə görə Rusiyanın 5 bankına qarşı sanksiyalar tətbiq edib.

Qurumun bildirdiyinə görə, Avropa bazarlarına Rusiyanın çıxışının məhdudlaşdırılması onsuz da zəif Rusiya iqtisadiyyatına mənfi təsir göstərəcək.

28 üzvlü blok Sberbank, Qazprombank, Rosselxozbank, Vneşkonombank və VTB Bankına qarşı sanksiyaların tətbiq edildiyini bu gün elan edib.

Rusiyanın dövlət banklarının 21 milyard dollar məbləğində borcu var. Onların 21 milyonundan çoxu Avropa bazarlarına məxsusdur.

Rusiya iqtisadiyyatına daha bir zərbə insan hüquqları məhkəməsi tərəfindən vurulub. Məhkəmə Yukos neft şirkətinin sabiq səhmdarlarına 2.5 milyard dollar ödəməsinə dair hökm çıxarıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG