Accessibility links

Obama: Rusiya iqtisadiyyatının tənəzzülü Putinin Amerikaya hiylə gələ bilməməsinə işarədir


Rusiyanın tənəzzül yaşayan iqtisadiyyatına toxunarkən ABŞ prezidenti bunun prezident Vladimir Putinin həm özünə, həm də Amerikaya hiylə gələ bilməməsinə işarə olduğunu deyib.

Barak Obama Ukrayna münaqişəsində Qərbi aldatmaq istəyən Putini bir şahmat oyunçusu adlandırıb. O deyib ki, Putin əməllərinə görə iqtisadiyyatın tənəzzülü və maliyyə böhranı ilə üzləşdiyini bildirib.

Rusiya Krımla bağlı tarixi hüquqa malik olduğunu bildirərək, ABŞ-ın Krımın ilhaqına görə tətbiq etdiyi yeni sanksiyaları rədd edib.

Xarici İşlər Nazirliyinin bildirdiyinə görə, sanksiyalar Rusiyanı Krımdan əl çəkməyə vadar edə bilməyəcək. Belə ki, Krım Rusiyanın inteqral tərkib hissəsidir.

ABŞ prezidenti Barak Obama Rusiyaya qarşı ticarət sanksiyaları tətbiq edib.

Ağ Evin bəyanatında bildirilib ki, qərar regionda bizneslə məşğul olan Amerika korporasiyalarına aydınlıq gətirir. Bəyanatda deyilib ki, prezidentin qərarı Vaşinqtonun Rusiyanın Krımı işğalını qəbul etməməsinə işarədir.

Ticarət yasaqları Ukraynanın şərq bölgəsindəki iğtişaşlarda əli olan 24 fərd və şirkətlərə şamil edilir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG