Accessibility links

Rusiya kəşfiyyat təyyarəsi Estoniya hava hövzəsinə daxil olub


Rusiyanın kəşfiyyat təyyarəsi Estoniya hava məkanına icazəsiz daxil olandan sonra Rusiya səfiri Estoniyanın Xarici İşlər Nazirliyinə çağırılıb.

Estoniya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, bu pozuntunu ciddi qəbul edən Baltik ölkəsi səfirdən qəti izahat tələb edir.

Sözçünün bildirdiyinə görə, Estoniya Rusiyanın İlyuşin-20 izləmə təyyarəsinin nə üçün hava sərhədini keçdiyini bilmək istəyir.

NATO Rusiya təyyarəsinin Estoniya ərazisində təxminən 1 dəqiqəyə yaxın qaldığını bildirib. Alyansın məlumatına görə, naməlum təyyarə radarda peyda olandan sonra Estoniyadakı hərbi bazadan Danimarka və Portuqaliya F-16-ları havaya qalxıb.

Danimarka döyüş təyyarələri Rusiya təyyarəsini aşkar edə bilib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG