Accessibility links

Rusiyapərəst separatçılar Mariupol şəhərində hökumət binasından çıxarılıb (Yenilənib)


Ukraynanın daxili işlər naziri Arsen Avakov polisin Rusiya tərəfdarı separatistləri şərqi Mariupol şəhərində hökumət binasından çıxarmağa müvəffəq olduğunu deyib.

Avakov Facebook veb səhifəsində şəhər rəsmilərinin iş yerlərinə geri dönmələrinə çağırıb. O, binanın necə geri qaytarılmasına nail olunduğu barədə təfsilata varmayib. Amma əməliyyat zamanı insan tələfatının olmadığı deyilir.

Hökumət Ukrayna qüvvələrinin Artemivsk şəhərində yerləşən hərbi bazada silahlı separatistlərlə mübarizə aparır. Bir əsgərin yaralandığı xəbəri verilir.

Ukrayna şərqdə onlarla şəhərdə hökumət binalarını zəbt edən silahlı rusiyapərəst separatistlərə qarşı terrorizm əleyhinə əməliyyatları davam etdirir.

Separatistlər Ukraynadan ayrılaraq Rusiya federasiyası ilə birləşməyə dair referendumun keçirilməsini tələb edir.

Eyni zamanda Ukrayna qüvvələri tərəfindən Moskva tərəfdarı separatistlərdən beş nəfəri öldürülüb. Daxili İşlər Nazirliyinin bəyanatında deyilir ki, Slovansk şəhərində separatitlərin əlində olan 3 nəzarət məntəqəsi geri alınıb. Bəyanatda hökumət qüvvələrinin bir əsgərinin yaralandığı bildirilir.

Rusiya prezidenti Vladimir Putin deyib ki, əgər Ukrayna öz xalqına qarşı hərbi qüvvədən istifadə edibsə, bunun nəticələri ilə üzləşəcək.

Tokioda çıxış edən ABŞ prezidenti Barak Obama deyib ki, Rusiya Ukraynada böhranın azaldılmasına dair Cenevrə razılığına riayət etmir. O, Rusiyanın Ukrayna məsələsində əməkdaşlıq edəcəyinə ümid bəslədiyini bildirib.
XS
SM
MD
LG