Accessibility links

Şiə məscidlərinə hücumlar davam edir


Şahidlərin dediyinə görə, Səudiyyə Ərəbistanının şərqindəki şiə məscidində intiharçı hücumu baş verib, nəticədə 19 nəfər ölüb.

Güclü partlayış bu gün sünnilərin çoxluq təşkil etdiyi Katif şəhərindəki İmam Əli məscidində cümə namazı zamanı baş verib. Hücumun məsuliyyətini İslam Dövləti öz üzərinə götürüb.

Dövlətə məxsus Səudiyyə Press Agentliyi də Katifdəki bomba hücumunu təsdiq edib və detallar haqda yaxın zamanda xəbər veriləcəyini bildirib.

Daha bir bomba hücumu Yəmənin paytaxtı Sənadakı məscid yaxınlığında həyata keçirilib ki, orada 13 nəfər yaralanıb.

Sosial mediada yayımlanan şəkillərdə yaralı və ölü insanların təcili yardım maınlarına daşındığı göstərilir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG