Accessibility links

Səudiyyə Ərəbistanının hərbi təyyarələri hutiləri hədəf almaqda davam edir


Bu gün Səudiyyənin Yəməndəkı qaçqın düşərgəsi yaxınlığında həyata keçirdiyi hava hücumları zamanı azı 45 nəfərin öldüyü, 65 nəfərin isə yaralandığı bildirilir.

Ərəb liderlərinin hərbi reydləri davam etdirmək məqsədilə Səudiyyə Ərəbistanı İranın dəstəklədiyi Huti üsyançılarını məğlub etmək üçün keçən gecədən bəri hava hücumlarını intensivləşdirib.

Prezident Əbd-Rəbbi Mənsur Hadinin keçən həftə sülh danışıqlarını pozan hutilərə qarşı yardım istəməsindən sonra artıq beşinci gündür hərbi təyyarələr paytaxt Səna və digər bölgələri hədəf alır.

Hutilərin sentyabr ayında Sənanın nəzarətini ələ almasından sonra cənab Hadi hökumətini qurmaq məqsədilə cənub şəhəri Ədənə qaçmışdı. Keçən həftə isə o, Yəməni tərk edərək, Ər-Riyada getməli olub.

Dünən Ərəb Liqasının baş katibi Nabil Ələrəbi deyib ki, cənab Hadinin qanuni hökuməti bərpa olunmalıdır.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG