Accessibility links

Maliyyə bazarlarında səhmlər dəyər itirir [Video]


Maliyyə bazarlarında səhmlər dəyər itirir
please wait

No media source currently available

0:00 0:02:21 0:00

Maliyyə bazarlarında səhmlər dəyər itirir

Çində iqtisadi artımın zəifləməsi ilə bağlı narahatlıqlar dünya boyu səhm indekslərinin çöküşünə yol açıb

Bazar ertəsi qlobal səhmlərin satışlarının davam etdiyi bir vaxt ABŞ maliyyə bazarı Asiya və Avropadakılardan daha yaxşı vəziyyətdə idi. Çində iqtisadi artımın zəifləməsi ilə bağlı narahatlıqlar dünya boyu səhm indekslərinin çöküşünə yol açıb. Lakin iqtisadçılar dəyişkənliyin sağlam səhm birjasının bir hissəsi olduğunu deyirlər.

Biz Çin iqtisadiyyatının 7 faiz artdığını düşünürdük. Amma çox güman ki, bu rəqəm iki dəfə azdır. 50 faizlik azalma isə qiymətlərin dəyişməsinin zəruriliyini göstərir və biz də indi səhm birjaları və əmtəə bazarında bunu müşahidə edirik
Ben Uillis

Çində iqtisadi artımın zəifləməsi və ya neft qiymətlərinin düşməsi səhm birjasında dəyər itkilərinin baş verməsinə səsəb olub. Bu isə səhmlərin ən son göstəricilərlə müqayisədə 10 faiz dəyər itirməsi deməkdir.

Azzad Askiyaların İdarəsi şirkətindən Coşua Brokuel bildirir ki, 2009-cu ildən bəri üçqat artım yaşayan ABŞ səhmləri üçün isə bu, özünü dirçəltmək məqsədli dəyər itkisi mexanizmi və ədalətli səhm qiymətlərinin təminatıdır.

“Bunu zəlzələ deyil, titrəyiş olduğunu düşünsək, elə bil yerdən azacıq buxar çıxır. Yəni bazar hazırda buxarlanır və bu uzun müddətdə səhmlər üçün müsbət bir haldır”.

Ən böyük ziyan Asiyada inkişaf etməkdə olan və əmtəə mallarından asılı iqtisadiyyatlara dəyib. Onların çoxu Çinin tələbatından asılıdırlar. Nyu-Yorklu broker Ben Uillis isə Çinin iqtisadi göstəricilərində şəffaf olmadığını düşünür.

“Biz Çin iqtisadiyyatının 7 faiz artdığını düşünürdük. Amma çox güman ki, bu rəqəm iki dəfə azdır. 50 faizlik azalma isə qiymətlərin dəyişməsinin zəruriliyini göstərir və biz də indi səhm birjaları və əmtəə bazarında bunu müşahidə edirik”.

Bazardakı dəyişkənliyə baxmayaraq, ekspertlər deyir ki, illik ümumdaxili məhsulun artımından tutmuş işsizlik səviyyəsinə kimi ABŞ-ın iqtisadi əsasları dəyişmir. Bu səbəbdən Bankrate.com-dan Mark Hamrik Mərkəzi Bankın bu ilin sonuna planlaşdırdığı faiz artımını həyata keçirəcəyinə inanır.

“Mən Mərkəzi Bankın rəsmilərinin ABŞ səhm birjasında 1-2 gün davam edən mənfi göstəricilərə əsasən planlarından vaz keçəcəyini düşünmürəm. Amma onlar maliyyə şərtlərinin iqtisadiyyatda əks olunduğunu, istehlakçıların səhm birjasında baş verənlərdən qorxub alışları dayandırdığını düşünsələr, onda bu başqa məsələdir”.

Bazar ertəsi artıq yeddinci gün idi ki, Asiya səhmləri düşməyə davam edirdi. Əsas Avropa səhm indeksləri 4 faiz düşüb və Wall Street əvvəlki itkiləri 3,5 faizə sala bilib. Bu isə son dörd ildə ən pis göstəricidir.

XS
SM
MD
LG