Accessibility links

AXCP Şəki rayon şöbəsinin sədri həbs edilib


Rauf Abdurəhmanlı
Rauf Abdurəhmanlı

Rauf Abdurəhmanlı 20 sutka inizbati qaydada həbs edilib

Şəki Rayon Məhkəməsi yanvarın 29-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Şəki rayon şöbəsinin sədri Rauf Abdurəhmanlı barəsində 20 sutka inzibati həbs qərarı çıxarıb. Bu barədə məlumatı AXCP sədrinin müavini Gözəl Bayramlı yayıb.

"R.Abdurəhmanlı barəsində qərarın rəsmi əsaslandırılması məlum deyil. Amma yəqin ki, o, Şəkidə siyasi məhbuslara dəstək məqsədilə Xədicə İsmayılın və Seymur Həzinin şəkillərinin yayılması ilə bağlı cəzalandırılıb", G.Bayramlı qeyd edib.

Bundan əvvəl eyni məsələyə görə AXCP Şəki şöbəsinin rəhbərliyindən daha iki nəfər inzibati həbs cəzasına məhkum edilib.

Müxalifət fəalının həbsi ilə bağlı hələ rəsmi şərh verilməyib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG