Accessibility links

Senatda dinləmə: Xədicə İsmayılın yeri boş qaldı [Video]


Senatda dinləmə: Xədicə İsmayılın yeri boş qaldı
please wait

No media source currently available

0:00 0:03:54 0:00

Senatda dinləmə: Xədicə İsmayılın yeri boş qaldı

Helsinki Komitəsində ATƏT ölkələrində korrupsiyaya dair dinləmədə Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayıl da ifadə verməli idi

Noyabrın 19-da ABŞ Senatının Helsinki Komitəsində “ATƏT Regionunda Korrupsiya ilə Mübarizə: Yaxşı İdarəçilik və Təhlükəsizlik Arasında Əlaqə” adlı dinləmə keçirilib.

Dinləmələrdə araşdırmaçı jurnalist Xədicə İsmayıl da iştirak edərək ekspert qismində ifadə verməli idi. Ancaq ölkədən çıxışına qadağa qoyulduğuna görə dinləmələrə qatıla bilməyən Xədicə İsmayılın müraciəti dinləmə iştirakçılarına paylandı.

Açılış nitqində Xədicə İsmayılın iştirakının qarşısının alınmasından təəssüf hissi keçirdiyini bildirən Helsinki Komitəsinin həmsədri Benjamin Kardin dedi ki, korrupsiya gündən-günə uzunmüddətli təhlükəsizliyin təminatı üçün mühüm faktora çevrilir. Buna səbəb kimi o, korrupsiyanın sosial çevrilişlərə və sabitliyin pozulmasına zəmin yaratmasını göstərdi. Senator bariz nümunə kimi ilin əvvəlində Ukraynada baş vermiş hadisələr misal gətirdi.

Dinləmələrdə ATƏT-in İqtisadi və Ekoloji Əlaqələr Kordinatoru Halil Yurdakul Yigitgüdən, Cons Hopkins Univesitetinin Transatlantik Əlaqələr Mərkəzində qonaq tədqiqatçı Şaazka Beyerle və Peterson Beynəlxalq İqtisadiyyat İnstitutundan Anders Asland ifadə verdi.

İştirakçılar korrupsiya ilə mübarizədə effektiv institutların yaradılmasının və vətəndaş cəmiyyətinin rolunun mühümlüyünü vurğuladılar. Amerikanın Səsinə açıqlamasında ATƏT-in İqtisadi və Ekoloji Əlaqələr Kordinatoru Halil Yurdakul Yigitgüdən korrupsiyanın qarşısının alınmasının mühümlüyündən danışdı:

"ATƏT ölkələrinin demək olar ki, hamısında bu sahədə görülməli çox işlər var. Bu istiqamətdə fəalliyyətlər mövcuddur. Çünki hökumətlər görürlər ki, insanların məmnuniyyətsizliyi sabitliyə hədədir. Sabitlik üçün korrupsiyanın qarşısı alınmalıdır. Buna bütün ölkələr maraq göstərir. Ukrayna və Azərbaycan da daxil olmaqla, korrupsiyanın aradan qaldırılması istiqamətində bəzi fəaliyyətlər mövcuddur. Misal üçün vətəndaşa elektron xidmət göstərmək sahəsində. Pasport və ya sürücülük vəsiqəsi alarkən onların bu xidmətləri daha asan ala bilməsi, korrupsiya ilə üzləşməməsi üçün xidmətlər mövcuddur. Misal üçün Azərbaycanda da bu sahədə ASAN Xidmət var. Mən bir ay əvvəl onların təşkil etdiyi elektron dövlət xidmətləri movzusundakı toplantısında iştirak etmişəm," deyə o, bildirdi.

Cənab Yigitgüdənin sözlərinə görə əksər dövlətlər korrupsiyanı azaltmaq üçün yeni yollar axtarır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG