Accessibility links

MTN qanunsuz silah-sursat və narkotik saxlayan dəstə yaxalayıb


MTN əməkdaşları
MTN əməkdaşları

Milli Təhlükəsizlik Nazirliyi qanunsuz olaraq odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının əldə edilməsində, saxlanılması, daşınması və gəzdirilməsində, habelə İrandan qaçaqmalçılıq yolu ilə keçirilərək Azərbaycan ərazisinə narkotik vasitələrin daşınmasındaşübhəli bilinən bir qrup şəxsi tutub.

Nazirliyin İctimai Əlaqələr İdarəsinin məlumatına görə həyata keçirilmiş kompleks əməliyyat tədbirləri nəticəsində dörd Azərbaycan vətəndaşları cinayət başında yaxalanıbl. Onların yaşadığı mənzillərə və üzərlərinə keçirilmiş baxış nəticəsində “Makarov” tipli iki tapança, 33 patron, 2 tapança sandıqçası, “Naqan” tipli bir revolver tapança və ona aid 5 patron, habelə 2 kiloqram 500 qramdan artıq qızıl məmulatları, 641 qramdan artıq gümüş və digər qiymətli metallardan hazırlanmış zinət əşyaları, külli miqdarda narkotik vasitələr – heroin, tiryək, qurudulmuş marixuana və psixotrop maddə olan diazepam aşkar edilərək götürülüb.

Bütün faktlarla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1-ci və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və ya satma), 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Cinayət başında yaxalanan dörd nəfərtəqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG