Accessibility links

Simin Səbri: 2013-cü ildə güneyli qadınların fəallığı artıb [Audio]


Simin Səbri
Simin Səbri
Simin Səbri 2013-cü ildə güneyli qadın fəalların təşəbbüslərində həm keyfiyyət, həm də kəmiyyət baxımından yüksəliş müşahidə etdiyini söyləyir. Güneyli psixiatr və milli-mədəni fəal Amerikanın Səsinə müsahibədə ötən il ərzində qadın haqları, insan haqları və milli fəaliyyətlər sahələrində güneyli qadınların iştirakını dəyərləndirib.

Simin Səbri qadın fəallığı haqda danışır
please wait

No media source currently available

0:00 0:21:23 0:00

Güneyli qadın fəallarda aktivizmin yüksəlməsindən sevindiyini qeyd edən Simin Səbri müsbət dəyişikliyin ən çox gənc nəslin nümayəndələri arasında nəzərə çarpdığını vurğulayıb.

Norveçdə yaşayan güneyli fəal 2013 ilində ilində qadın fəallarının əlsə etdiyi muvəffəqiyyətlərdən qadın məsələlərinin ortaya qoyulması ilə bağlı bəzi tabuların sınması, feminizm diskussiyalarının gündəmə gəlməsi, eləcə də feminizm və umumiyyətlə qadın haqları ilə bağlı türkcə yazıların yayılmasına diqqət çəkib.

Keçmişdə qadın haqları ilə bağlı bir çox məsələni danışmaq olmurdu, bəzi məsələlərin danışılması tabu sayılırdı... ancaq zaman keçdikcə bir çox tabular sınıb.
Onun sözlərinə görə, keçmişdə qadınların problemləri ilə bağlı söhbətlər və yazılar bəzi kişi fəallar tərəfindən sarkastik və incidici təpliklərlə qarşılanırdı, ancaq bu gün bu növ baxışlar azalıb.

“Keçmişdə qadın haqları ilə bağlı bir çox məsələni danışmaq olmurdu, bəzi məsələlərin danışılması tabu sayılırdı... ancaq zaman keçdikcə bir çox tabular sınıb və qadın məsələləri ilə bağlı danışmağa rəğbət artıb.”

Onun fikrincə, güneyli qadınların fəaliyyəti sadəcə güneyin siyasi-ictimai atmosferində deyil fars çevrələrində də öz təsirini göstərib.

Mədəni fəal həmçinin mövcüd problemlərə toxunaraq siyasi qruplar arasındakı ixtilaflar və qarşıdurmalarda hələ də gender məsələsindən istfadə edilməsini qınayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG