Accessibility links

Vəkilin təkzibi - Leyla Yunus ilin sonunadək yaşamayacağını deyir


Leyla Yunus (Foto Ülvi Həsənlinindir)
Leyla Yunus (Foto Ülvi Həsənlinindir)

Penitensiar Xidmət hüquq müdafiəçisinin səhhətinin normal olduğunu bildirir

Leyla Yunusun vəkili bu gün günortadan sonra Penitensiar Xidmıtin hüquq müdafiəçisinin səhhətinin normal olması barədə məlumatını təkzib edib.

Belə ki, vəkil Elçin Qəmbərov Turan agentliyinə bildirib ki, noyabrın 24-də Kürdəxanı istintaq təcridxanasında xanım Yunusa baş çəkib.

Görüşün yekunlarına görə, Qəmbərov bildirib ki, "Leyla Yunus bu gün arterial təzyiqinin 180x100, qan şəkərinin 260 olduğunu bildirib. Həbs edildiyi gün 61 kq idi, indi isə 48 kq-dır. O, təsdiq edib ki, normal yeyə bilmir, gücdən düşüb, boğazında ağrılar normal yeməyə imkan vermir, yemək yedikdən sonra qusur. O, həmçinin ilin sonuna qədər yaşamayacağını deyib", vəkil bildirib.

***

Ədliyyə Nazirliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsi hüquq müdafiəçisi Leyla Yunusun səhhətində yaranan ciddi problemlərlə bağlı yayılmış məlumatları təkzib edib.

“Leyla Yunusun səhhətində problemlərin olması ilə bağlı yayılan məlumatlar tam əsassızdır. L.Yunusun səhhəti normaldır, səhhətində hər hansı narahatçılıq yaradacaq problem yoxdur”, deyə Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Amerikanın Səsinin sualının cavabında bildiriblər.

Vəkil Elçin Qəmbərov Bakı İstintaq Təcridxanasında saxlanılan hüquq müdafiəçisinin son günlər səhhətinin kəskin şəkildə pisləşdiyini bildirib.

Onun sözlərinə görə, Yunusun qara ciyərində parçalanma prosesi başlayıb, xroniki olaraq az yemə nəticəsində təzyiqi ciddi şəkildə düşür və zəifdir. Həbs edildiyi gündən etibarən L.Yunus 10 kq arıqlayıb.

“Vəkil Ramiz Məmmədov istintaq təcridxanasına Yunusun analizlərinin nəticələri haqqında məlumat verilməsi üçün rəsmi sorğu təqdim edib, lakin istintaq təcridxanasının rəhbərliyi bu sorğunu qeydiyyata almaqdan imtina edib ki, bu da birbaşa qanun pozuntusudur, Qəmbərovbildirib.

Vəkilin dediyinə görə Leyla Yunus ağır diabet xəstəsidir və bu ilin iyulunda həbs edildikdən sonra o, müvafiq şəkildə müalicə olunmur. Kamerada mənəvi və fiziki təzyiq fonunda həbsdə onun səhhəti getdikcə pisləşir.

Beynəlxalq və yerli ictimaiyyətin hüquq müdafiəçisinə lazımi köməkliyin göstərilməsi haqqında hakimiyyətə çoxsaylı müraciətlər edib.

Leyla Yunus və həyat yoldaşı Arif Ermənistanın xeyrinə casusluqda ittiham olunur.

XS
SM
MD
LG