Accessibility links

MTN Azərbaycanda şəriət dövləti qurmaq istəyən dəstəni zərərsizləşdirib


MTN
MTN

Cinayət işi açılıb, saxlananlar barədə həbs-qətimkan tədbiri seçilib

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi antiterror əməliyyatı keçirib, 6 nəfər həbs olunub.

Bu barədə Milli Təhlükəsizlik Nazirliyinin ictimaiyyətlə əlaqələr mərkəzi məlumat yayıb.

Saxlanılanlar Niyaməddin Xəlilov, Rufis Bəyimov, Rəşad Həşimli, İlqar Musayev, Anar Rzayev və Ceyhun Abdullayevdir.

Məlumata əsasən, onların üzərində və yaşadıqları mənzillərdə 4 ədəd "Makarov" tapançası, 1 ədəd "TT" tapançası, 5 ədəd tapança darağı, 35 ədəd patron, 1 kiloqramadək trotil şaşkası, 2 ədəd "RQD-5" əl qumbarası aşkarlanıb.

Cinayət işi açılıb, saxlananlar barədə həbs qətimkan tədbiri seçilib.

Məlumatda deyilir ki, Azərbaycan Respublikasında şəriət dövləti qurmaq məqsədilə təxribat-pozuculuq və terrorçuluq aksiyalarını törətmək üçün 2014-cü ilin noyabrında adı çəkilən şəxslər və qeyriləri mütəşəkkil dəstə yaradıblar. Özlərinə "əmir" təyin ediblər. Dəstə üzvləri "cihad" üçün əvvəlcə pul əldə etmək məqsədilə bir sıra qanunazidd əməllər də törədiblər.

Hələlik saxlanılan şəxslərin yaxınları və ya vəkilləri ilə əlaqə saxlamaq mümkün olmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG