Accessibility links

Nils Mujnieks Anar Məmmədli və Rəsul Cəfərovdan yazır


Nils Mujnieks
Nils Mujnieks

Hüquq müdafiəçiləri Anar Məmmədli və Rəsul Cəfərovun işi üzrə martın 30-da məhkəməyə göndərilən qeydlər aprelin 1-də açıqlanıb

Avropa Şurasının insan haqları komissarı Nils Mujnieks daha 2 azərbaycanlı məhbusun işi ilə bağlı qeydlərini Avropa İnsan Haqları Məhkəməsinə göndərib.

Avropa Şurasının saytında yayımlanan məlumata görə, komissar hüquq müdafiəçiləri Anar Məmmədli və Rəsul Cəfərovun işi üzrə qeydlərini martın 30-da məhkəməyə göndərib.

Mujnieks Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin direktoru Anar Məmmədlinin ölkədə seçki monitorinqinin ən peşəkar təşkilatçılarından olduğunu vurğulayır. Məmmədli həmçinin Avropa Şurasını Azərbaycanda insan haqlarının durumu ilə bağlı mütəmadi məlumatlandırırdı.

Komissar narahatdır ki, "bu ərizəçinin saxlanması və həbsi onun insan haqları pozuntularına dair məlumat vermək cəhdlərini, noyabrda keçiriləcək parlament seçkilərini nəzərə alsaq, seçki monitorinqi işini önləmək məqsədi güdür".

Rəsul Cəfərovun işinə gəlincə, komissar onun İnsan Haqları Klubunun Azərbaycan Ədliyyə Nazirliyində qeydiyyata alınmamasından bəhs edir.

Mujnieksin fikrincə, bu iş də Azərbaycanda insan haqları pozuntularının həlli məqsədilə beynəlxalq qurumlar, o cümlədən Avropa Şurası ilə əməkdaşlıq edənlərin repressiyaya məruz qalmasının bariz nümunəsidir.

Nəhayət, Nils Mujnieks qeyd edir ki, vətəndaş cəmiyyəti tərəfdaşlarına repressiyalar onun ofisinin Azərbaycanda insan haqları sahəsində işini çətinləşdirir.

"Bu repressiyalar dərhal dayandırılmalı və baxışlarına və ya qanuni vətəndaş fəaliyyətinə görə həbs olunanlar azadlığa buraxılmalıdır", komissar vurğulayır.

Anar Məmmədli qanunsuz sahibkarlıq, vəzifə mövqeyindən sui-istifadə və vergi ödənişindən yayınma ittihamları ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Rəsul Cəfərov da qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham olunur. Hazırda onun məhkəməsi gedir.

Hər iki hüquq müdafiəçisi ittihamları rədd edir.

"Amnesty International" həm Anar Məmmədli, həm də Rəsul Cəfərovu "vicdan məhbusu" elan edib.

Bundan öncə Komissar Mujnieks «Tolışi Sədo» qəzetinin baş redaktoru Hilal Məmmədov və hüquqşünas İntiqam Əliyevlə bağlı müşahidələrini yayıb. Aprelin ortalarında isə - Leyla və Arif Yunuslarla bağlı qeydlərinin açıqlanacağı gözlənilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG