Accessibility links

Siyavuş Novruzov: Yalan məlumata görə cəza və cərimələr iki dəfəyədək artırıla bilər [Video-müsahibə]


Siyavuş Novruzov: Yalan məlumata görə cəza və cərimələr iki dəfəyədək artırıla bilər
please wait

No media source currently available

0:00 0:08:14 0:00

Siyavuş Novruzov: Yalan məlumata görə cəza və cərimələr iki dəfəyədək artırıla bilər

YAP icra katibinin müavini, Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvünün Amerikanın Səsinə müsahibəsi

Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Siyavuş Novruzov Amerikanın Səsinə müsahibəsində Azərbaycanda hərbi, dövlət sirlərinin, kəşfiyyat, əks-kəşfiyyat məlumatlarının yayılması, dezinformasiya ilə bağlı cəzaların sərtləşdiriləcəyindən danışıb.

Amerikanın Səsi: Milli Məclisdə, hərbi, dövlət, kəşfiyyat və əks-kəşfiyyat sirlərinin, eyni zamanda ordu haqqında düzgün olmayan məlumatların yayılması ilə bağlı cəzaların sərtləşdirilməsi barədə qanun layihəsi var. Bu sənəd nəyi nəzərdə tutur?

Bununla bağlı biz hesab edirik ki, Milli Məclisin payız sessiyasında deputatın qanunvericilik təşəbbüsü əsasında həmin qanunların daha sərtləşdirilməsini, cərimələrin daha da artırılmasını təklif edib, müzakirə edək və qəbul edək.

Siyavuş Novruzov: Bu sadalananlarla bağlı qanunlarımız mövcuddur. Bilirsiniz ki, Azərbaycan əraziləri işğal altındadır, ölkə müharibə vəziyyətindədir. Belə bir vəziyyətdə istənilən KİV dəqiqləşdirilməmiş, mənbəyi olmayan, hər hansı bir rəsmi mənbəyə əsaslanmadan ordu, təhlükəsizlik, kəşfiyyat, əks-kəşfiyyat haqqında (məsələ, bizim bir neçə mülki vətəndaşlarımızı girov götürmüşdülər, erməni mənbələrinin məlumatlarını yaymışdılar) məlumat yaymamalıdır. Amma KİV-lər bu məlumatları yayır. Bundan da həm düşmən tərəfi, həm cəmiyyət, həm də cəmiyyətin ayrı-ayrı hissələri özünə uyğun formada istifadə edir. Bununla bağlı biz hesab edirik ki, Milli Məclisin payız sessiyasında deputatın qanunvericilik təşəbbüsü əsasında həmin qanunların daha sərtləşdirilməsini, cərimələrin daha da artırılmasını təklif edib, müzakirə edək və qəbul edək. Bu həm erməni təxribatının, həm də həmin qüvvələrə xidmət edən ayrı-ayrı dairələrin Azərbaycan ordusu haqqında dezinformasiya yaymasının qarşısını alacaq.

Amerikanın Səsi: Burada cəzaların daha da sərtləşdirilməsi və külli miqdarda cərimələrdən söhbət gedir. Cəzaların sərtləşdirilməsi nə deməkdir?

Lakin elə sahələr var ki, cəza mexanizmi əksini tapmalı və tətbiq edilməlidir.

Siyavuş Novruzov: Qanunların bir çoxunda cəzaları ləğv edib əvəzində cərimələri artırmışıq. Bunu dünya praktikasından da götürmüşük. Müəyyən cinayətlər, təhlükəli əməllər var ki, bunlara görə cəza çəkməkdənsə cərimə ödənilməsi daha məqsədəmüvafiq olur. Lakin elə sahələr var ki, cəza mexanizmi əksini tapmalı və tətbiq edilməlidir.

Amerikanın Səsi: Cəza və cərimə nə qədər olmalıdır?

Həmin miqdarların bir və ya iki dəfə artırılması nəzərdə tutulur.

Siyavuş Novruzov: Orada miqdarlar var. Həmin miqdarların bir və ya iki dəfə artırılması nəzərdə tutulur.

Amerikanın Səsi: Nə qədər olmalıdır?

Siyavuş Novruzov: Onu artıq qanunvericilik prosesində baxıb müəyyənləşdirəcəyik.

Amerikanın Səsi: Siz eyni zamanda sosial şəbəkələrdə və elektron KİV-də qeyri-dəqiq məlumatların yazılması ilə bağlı çıxış edibsiniz. Deyibsiniz ki, elektron KİV-də və ya sosial şəbəkələrdə status yazan şəxslər şəxsiyyət vəsiqəsinin seriya nömrələrini də yazmalıdır. Bu necə həyata keçiriləcək?

Dünya praktikasında belə bir hal var ki, məlumat bu cür istifadə olunanda sən özünü təsdiq edən sənədin nömrəsini daxil edib istənilən şərh yaza bilərsən.

Siyavuş Novruzov: Bir var ki, fərd haqqında nə isə yazırlar, bu başqa məsələdir. Bu həmin şəxslə saytın və ya sosial şəbəkədə yazanın öz aralarında olan məsələdir. Düzgün olmayam informasiya yayılıbsa məhkəmələr yolu ilə araşdırıla bilər. Bu fərdin öz işidir. Elə yazı var ki, ona şərhlər qoyulur. Bu zaman müəyyən edə bilmirsən ki, bunu yazan ermənidir, yoxsa hansısa xarici ölkədə oturub Azərbaycanın əleyhinə iş aparan şəxsdir və s. Dünya praktikasında belə bir hal var ki, məlumat bu cür istifadə olunanda sən özünü təsdiq edən sənədin nömrəsini daxil edib istənilən şərh yaza bilərsən. Yəni fərd üçün yox, sadaladığım sahələrlə bağlı şərh yazmaq üçün bu üsuldan istifadə edilməlidir. Burada hər hansı fərd və ya hər hansı bir müğənni barədə şərh yazmaqdan söhbət getmir. Dövlət, hərbi, kəşfiyyat, əks-kəşfiyyat, ordu haqqında yazı yazan və ona şərh verən şəxsin şəxsiyyəti bəlli olmalıdır. Çünki bu yazıları və şərhləri minlərlə insan oxuyur və yazını yazanın Azərbaycan vətəndaşı, erməni və ya xarici vətəndaş olmasını bilmir.

Amerikanın Səsi: Siz dediyiniz qapalı informasiyalara aiddir. Açıq məlumatlarda belə üsul tətbiq edilmir. Məsələn, dünyada reytinqi olan sosial şəbəkələrin heç birinin idarə edilməsi Azərbaycanda deyil. Yəni başqa ölkələrin qanunları ilə niza mlanır. Bunlara necə təsir edəcəksiniz?

Daxildən kimsə həmin məlumatlara şərh vermək istəyirsə avtomatik ona blok qoyulur.

Siyavuş Novruzov: Bu artıq mütəxəssislərin işidir. Daxildən kimsə həmin məlumatlara şərh vermək istəyirsə avtomatik ona blok qoyulur. Xaricdən şərh verilirsə, lap Con şərh versin, Con Smit məlumatlara şərh versin, amma bilinsin ki, bu Con Smitdir.

Amerikanın Səsi: Həmin Con Smitin ölkəsində bu qanunlar tətbiq edilmir. O ölkəsinin qanunları ilə işləyir və sosial şəbəkələr isə bütün dünyada görünür.

Xaricdən şərh verilirsə, lap Con şərh versin, Con Smit məlumatlara şərh versin, amma bilinsin ki, bu Con Smitdir.

Siyavuş Novruzov: Digər tərəfdən isə hər bir ölkənin özünün qanunları var. Hər bir ölkənin qanunlarına hörmət etmək lazımdır.

Amerikanın Səsi: Siz qeyd edirsiniz ki, dezinformasiyanın ilkin mənbəyi müəyyən ediləcək. Tutaq ki, dezinformasiyanın ilkin mənbəyi Azərbaycanda deyil, dünyanın hansısa bir ölkəsindədir...

Söhbət bizim öz ölkəmizdən gedir, dünyanın problemlərini burada həll etmirik ki, və bizim qanunvericilik təşəbbüsümüz dünyaya şamil olunmur.

Siyavuş Novruzov: Söhbət bizim öz ölkəmizdən gedir, dünyanın problemlərini burada həll etmirik ki, və bizim qanunvericilik təşəbbüsümüz dünyaya şamil olunmur. Biz ölkə daxilində olan məsələlərlə bağlı mənbələrin dəqiqləşdirilməsinə və ilkin mənbənin ortaya çıxarılması məsələsinə münasibət bildiririk.

Amerikanın Səsi: Söhbət ondan getmir ki, mənbə Azərbaycandadır. Dezinformasiyanın mənbəyi ölkənin sərhədlərindən xaricdədir və sosial şəbəkələr bütün dünyada, o cümlədən Azərbaycanda da görünür. Bunu necə müəyyən edəcəksiniz?

Yəni informasiyaları KİV-lər deyil, Pentaqon öz istədiyi istiqamətə yönəltdi.

Siyavuş Novruzov: Onu beynəlxalq müqavilələrlə müəyyən etmək olar və bir çox ölkələrdə bu mövcuddur. Hələ biz həmin hadisələrin tarixini yaşayırıq, 11 sentyabr hadisələri baş verən kimi bütün informasiya və sosial şəbəkələrdə informasiyalar dayandırıldı. Pentaqonun təqdim etdiyi informasiya əsasında dünyanın aparıcı media orqanları məlumat yaydı. Yəni informasiyaları KİV-lər deyil, Pentaqon öz istədiyi istiqamətə yönəltdi. Bunlar o insanlar üçün problem olacaq ki, onlar indiyədək bu təxribatla məşğul olub, bundan sonra da planlaşdırır ki, ayrı-ayrı dairələrin təsiri altında təxribatçı mənbələrin informasiyasını mətbuata ötürsün.

Amerikanın Səsi: Hansı qanunlara dəyişikliklər ediləcək?

Siyavuş Novruzov: Kəşfiyyat, əks-kəşfiyyat, silahlı qüvvələr və s., həmçinin də mətbuat haqqında qanunvericiliyə dəyişikliklər nəzərdə tutulur.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG