Accessibility links

Sony Pictures-ə kibernetika hücumun arxasında Şimali Koreya dayanır


ABŞ Sony Pictures-in hakerliyə məruz qalmasının arxasında Şimali Koreyanın dayandığını müəyyən edib. Təhlükəsizlik səbəbindən Pxenyanın lideri Kim Conq Una qarşı uydurma sui-qəsd haqda filmin nümayişi təxirə salınıb.

Adının açıqlanmasını istəməyən ABŞ rəsmiləri deyib ki, təhqiqatçılar Şimali Koreyanın kibernetika hücumu ilə əlaqəsi olduğunu müəyyən edib.

“Müsahibə” filminə görə Sony Pictures şirkətinin kompüter sisteminə edilmiş hücum on minlərlə sənədin sızmasına və terror hücumlarının təhlükəsizliyinin artmasına səbəb olub.

Təhqiqatçıların bu qənaətə necə gəldikləri və ya Ağ Evin buna reaksiyasının nə olacağı məlum deyil.

Sony bir sıra təhdidlərdən sonra dekabrın 25-i ekranlara çıxacaq “Müsahibə” filminin nümayişini təxirə salıb.

Haker qrupu özünü “Guardians of Peace” (Sülhün keşikçiləri) adlandırır.

Qısa bəyanatda qrup 2001-ci il sentyabrın 11-i ABŞ-a edilmiş hücumun təkrar ediləcəyi ilə hədələyib və insanları film izlənən kino-teatrlardan uzaq durmağa çağırıb.

ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyi mesajı təhqiq etdiyini, lakin kino-teatrlara mümkün hücumla bağlı etibarlı kəşfiyyat məlumatının olmadığını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG