Accessibility links

İlham Əliyev: Dünyada multikulturalizmin alternativi yoxdur


İlham Əliyev
İlham Əliyev

Bakı Beynəlxalq Humanitar Forumu açılıb

Bu gün IV Bakı Beynəlxalq Humanitar Forumu açılıb.

Forumda 60 ölkədən dövlət xadimləri və ekspertlər iştirak edir.

Azərbaycan prezidenti İlham Əliyev çıxış edib, Rusiya prezidenti Vladimir Putinin təbriki oxunub.

BMT-nin İnkişaf Proqramının rəhbəri Helen Klark, İSESCO-nun direktoru Əbdüləziz bin Osman əl-Tuveycri çıxış edəcək.

Panellərdə Estoniyanın keçmiş prezidenti Arnel Rütel, Xorvatiyanın sabiq prezidenti Stepan Mesiç, Latviyanın keçmiş prezidenti Valdis Zatlers, Litvanın sabiq dövlət başçısı Vitautas Landsbergis, İtaliyanın keçmiş baş naziri Enriko Letta çıxış edəcəklər.

APA agentliyinin məlumatına görə prezident Əliyev bildirib ki, dünyada irqçilik, ayrı-seçkilik artır. Biz bu tendensiyaları narahatlıqla izləyirik. “Forumda bu tendensiyaların qarşısının alınması istiqamətində müzakirə aparacağıq. Bəzən deyirlər ki, multikulturalizm iflasa uğrayıb. Ancaq dünyada multikulturalizmin alternativi yoxdur. Heç bir dövlət və hökumət başçısı ictimai rəyi nəzərə almaya, ona məhəl qoymaya bilməz. Ona görə də bu məsələlər barədə danışmalı, lazım gələndə irad tutmalıyıq. Biz çalışırıq ki, yaşadığımız bölgədə regional əməkdaşlıq inkişaf etsin, ölkələr, millətlər arasında əlaqələr yaxşılaşsın, dinlərarası dialoq inkişaf etsin”.

Dövlət başçısı müsəlman aləmində gedən proseslərin Azərbaycanı çox narahat etdiyini vurğulayıb. “Bu qanlı toqquşmalar ölkələri məhv edir. Biz buna təcrid olunmuş proses kimi baxa bilmərik. Eyni zamanda Avropada miqrantlara qarşı münasibətin pisləşməsi, ayrı-seçkiliyə tərəfdar olan qüvvələrin daha böyük səs toplaması hamımızı narahat etməlidir. Müasir dünyada Azərbaycanın unikal rolu var, biz Avropa və Asiya arasında, qədim İpək Yolunda yerləşən ölkəyik. Biz həm Avropanı, həm də Asiyanı yaxşı anlayırıq”.

İ. Əliyev iki il əvvəl Azərbaycanda “Eurovision” mahnı müsabiqəsinin keçirildiyini xatırladıb. “Müsəlman ölkəsində belə müsabiqənin keçirilməsi mühüm hadisədir. İlk Avropa Olimpiya Oyunları Bakıda keçiriləcək. İki il sonra isə Bakıda İslam İdman Oyunları keçiriləcək. Bugünkü Azərbaycan budur, biz Avropa və müsəlman ailəsinin üzvüyük. Bunun mümkün olduğunu ortaya qoyuruq. Cəmiyyətdə müsbət tendensiyalar olanda böyük uğurlara imza atmaq mümkündür”, o qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG