Accessibility links

Orxan Əli: Azərbaycan Ərzaq Təhlükəsizliyi indeksinə görə 109 ölkə arasında 62-ci yerdədir [Video]


“Yeni texnologiyalar və texnikanın tətbiqi ərzaq qiymətlərini 60 fazi ucuzlaşdıra bilər”
please wait

No media source currently available

0:00 0:04:51 0:00

“Yeni texnologiyalar və texnikanın tətbiqi ərzaq qiymətlərini 60 fazi ucuzlaşdıra bilər”

Oxfam-ın idarəetmə və siyasət proqramının meneceri Orxan Əlinin Amerikanın Səsinə müsahibəsi

Noyabrın 21-də Böyük Britaniyanın Beynəlxalq Humanitar Təşkilatı (Oxfam) və Avropa İttifaqının maliyyə dəstəyi ilə “Qadın üçün 16 Gün” fəaliyyət çərçivəsində jurnalistlər və vətəndaş cəmiyyəti nümayəndələri üçün məlumat tədbirləri keçirilib.

Tədbirdə kiçik fermer təsərrüfatları vasitəsi ərzaq təhlükəsizliyini təkmilləşdirmək, kənd yerlərinin inkişafı, qadın və ərzaq təhlükəsizliyi mövzusunda təqdimatlar olub.

“Azərbaycan Ərzaq Təhlükəsizliyi indeksinə görə 109 ölkə arasında 62-ci yerdədir, Oxfam-ın idarəetmə və siyasət proqramının meneceri Orxan Əli bildirib.

Onun sözlərinə görə, ölkədə ərzaq təhlükəsizliyinin təkmilləşdirilməsi üçün fermer təsərrüfatlarının inkişafı çox vacibdir.

“Ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün 4 əsas amil, - ərzaq bolluğu, ərzaqa fiziki və iqtisadi çıxış, keyfiyyətli ərzaq istehsalı və ölkədə ərzaq stabilliyi təmin edilməlidir.

Bu amillər Azərbaycanın qəbul edəcəyi yeni “Kənd təsərrüfatının inkişaf strategiyası (2014-2020-ci illər)” proqramında nəzərə alınıb”, o qeyd edib.

Orxan Əli həmçinin Milli Məclisin 3-cü oxunuşda müzakirəsində olan “Fermer kooperativlərinin yaradılması haqqında” qanun layihəsinin qəbul ediləcəyinə ümid edir.

Layihə meneceri Ramilə Aslanova hesab edir ki, Azərbaycanda əhali gəlirlərinin əsas hissəsini ərzaqa xərcləyir.

“Ölkədə yeni texnologiyaların və texnikanın tətbiqi ərzaq qiymətlərini 60 faizə qədər ucuzlaşdıra bilər. Ölkədə istifadə olunan gübrələr və toxumların əksər hissəsi idxal olunur. Bizim tədqiqatlar göstərir ki, idxal edilən toxumların 40 faizi ya keyfiyyətli deyil, ya da vaxtı keçib. Əhalinin əksəriyyəti torpaqlar, istifadə olunan su və gübrələrin tərkibi ilə bağlı geniş məlumata malik deyil”, o qeyd edib.

Onun fikrincə, bu sahədə ölkədə nəzarət mexanizmi və laboratoriyalar yaradılmalıdır. “Texnikalar və texnologiyalar zəifdir və köhnədir. Yeni texnika və texnologiyaların tətbiqi sürətləndirilməli və istehsal kooperativləri yaradılmalıdır. Çünki iri alıcılar kiçik fermerlərlə işləməkdə maraqlı deyil”, Aslanova bildirib.

Azərbaycan əhalisinin 45,9 faizi kəndlərdə yaşayır.

“Ümumi işçi qüvvəsinin 22 faizi kənd təsərrüfatında çalışır, onların isə 52,6 faizi qadınlardır. Amma qadınlar kişilərin əmək haqlarının yalnız 57 faizi qədər əmək haqqı alır. Yüksək gəlirli sahələrdə qadınlar az təmsil olunur”, Oxfam-ın vətəndaş cəmiyyəti ilə iş üzrə məsul əməkdaşı Mətanət Qəhrəmanova qeyd edib.

Onun sözlərinə görə, bütün bunlara baxmayaraq bir çox ailələrdə ərzaqın əksəriyyətini qadınlar istehsal edir.

“Yeni texnologiyalar və texnikanın tətbiqi ərzaq qiymətlərini 60 faiz ucuzlaşdıra bilər”
“Yeni texnologiyalar və texnikanın tətbiqi ərzaq qiymətlərini 60 faiz ucuzlaşdıra bilər”

Tədqiqatlar göstərir ki, ailə büdcəsinin idarə edilməsi qadınların üzərinə düşən ailələrdə büdcənin uşaqların və ailənin inkişafında səmərəliliyi 20 faiz artır. Ərzaq qiymətlərinin artması isə ən çox ailə başçısı qadın olan ailələrə təsir edir”, Qəhrəmanova bildirib.

Oxfam təqdimatı keçirilən mövzularda jurnalistlər üçün yazı müsabiqəsi də elan edib. Müsabiqədə iştirak etmək istəyən jurnalistlər yazılarını dekabrın 10-dək təşkilata təqdim etməlidir.

XS
SM
MD
LG