Accessibility links

Lamiyə Quliyeva: Qisas alanlar, ədalətsiz ittiham verib hökm çıxaranlar günahkardır [Video]


Lamiyə Quliyeva azadlığa buraxılıb
please wait

No media source currently available

0:00 0:03:11 0:00

ពុទ្ធសាសនិក​រាប់​បាត​នៅ​ក្នុង​វត្ត​សំពៅមាស ក្នុង​រាជធានី​ភ្នំពេញ នៅ​ថ្ងៃ​កាន់​បិណ្ឌ​ទី៥ នៅ​ថ្ងៃទី២១ ខែកញ្ញា ឆ្នាំ២០១៦។ (ប៊ុន ប៉េងហ៊ុយ/VOA)

O, məhkəmə zalından azadlığa buraxıldı

Fevralın 20-də Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə həbsdə olan Lamiyə Quliyevanın işi ilə bağlı Baş Prokurorluğun verdiyi protestə baxılıb. Məhkəmə protesti təmin edib və Lamiyə Quliyeva məhkəmə zalından azadlığa buraxılıb.

Baş Prokurorluq fevralın 4-də Lamiyə Quliyeva barəsində Xətai Rayon Məhkəməsinin hökmündən apellyasiya şikayəti verilməsi ilə bağlı protest verib.

Məhkəmədə Lamiyə Quliyeva
Məhkəmədə Lamiyə Quliyeva

Lamiyə Quliyeva 2003-cü ildə həbs edilib. O və nişanlısı Vüqar Əliyev Şəmkir rayon İcra Hakimiyyətinin keçmiş başçısı Aslan Aslanovun oğlunu öldürməkdə ittiham edilib.

Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva 10 il azadlıqdan məhrum edilib. Sonradan L.Quliyevanın barəsində Cinayət Məcəlləsinin 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə cinayət işi başlanıb. Həmin cinayət işi ilə onun cəzası daha 5 il 6 ay artırılıb.

Lamiyə Quliyeva həbs edilərkən 15 yaşında olub. O həbsxana həyatının 12-ci ilində ana olub. Həbsxanada uşağın dünyaya gətirilməsi geniş ictimai müzakirələrə səbəb olub. Bundan sonra ictimai diqqət Quliyeva ilə bağlı istintaq və məhkəmələrin ədalətsiz qərarları üzərində fokslaşıb. Hətta ölkənin siyasi xadimləri də məhkəmə ədalətini şübhə altına alıb.

Bu gün Lamiyə Quliyeva yenə məhkəmə zalına uşağı ilə birgə çoxsaylı mühafizə xidməti əməkdaşlarının əhatəsində gətirilib. Məhkəmədə ana və balanın birgə hıçqırtı ilə ağlaması hər kəsi sarsıdıb.

Zərərçəkmiş Aysel Ağayeva Lamiyə Quliyevanı bağışladığını bildirib. Belə ki, Aysel Ağayeva cəzaçəkmə müəssisəsində nəzarətçi işləyərkən Lamiyə Quliyeva ona çaynik atıb və məhkəmə Quliyevaya 5 il 6 ay həbs verib.

“Mən də anayam. İstəmərəm ki, Lamiyə uşağını həbsxanada böyütsün”, o qeyd edib.

Ağayevadan fərqli olaraq onun nümayəndəsi Sücəddin Hacıbalayev prokurorun protestini düzgün hesab etmir. O məhkəmə qərarını ədalətli qiymətləndirir.

“Prokurorluq ürəyi yanan idisə, ədalətli idisə niyə məhkəmələrdə ittihamları müdafiə edib”, nümayəndə prokurorluğun protestinin əsassız olduğunu belə izah edib.

Bu da məhkəmə praktikasında fərqli yanaşmadır, nümayəndə müdafiə etdiyi şəxsin tərəfindən çıxış etmir.

Quliyevanın vəkili Fəxrəddin Mehdiyev nümayəndənin münasibətini ədalətli saymır.

“Məhkəmələr ədalətli hökm çıxarmayıb. Hökmlər prosessual pozuntularla qəbul edilib və humanizm prinsipinə əsaslanmır. Hər hansı cinayəti xarakterik edən onun ictimai təhlükəliliyidir. Burada xəta olub və onun da ictimai təhlükəliliyi yoxdur. Lamiyə ilə nəzarətçi arasına mübahisə olub və buna görə o 10 gün karserə salınıb”, vəkil qeyd edib.

Lamiyə Quliyeva azadlıqda
Lamiyə Quliyeva azadlıqda

Vəkil məhkəmədən cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş edib.

“Lamiyə qanunsuz, əsassız, qərəzli hökm nəticəsində cəzalandırılıb. Lamiyə azadlıqda olmalıdır. Onun körpəsi dünyaya azadlıqdan baxmaq istəyir. Lamiyənin gözlərində illərin əzabı görünür. Onun azadlığını ədalət, azadlıqsevər ictimaiyyət, haqqsevər insanlar gözləyir”, Mehdiyev qeyd edib.

Vəkil Lamiyə Quliyevanın işində ədalətə söykənən hakimlərə, prokurorlara təşəkkür edib.

“Onlar yaşadıqları zamanın ədalər dastanını yazıblar”.

Lamiyə Quliyevanın çıxışı isə zalda çoxlarını göz yaşlarına qərq edib. O ilk öncə dövlətə, baş prokuror Zakir Qaralova, hüquq müdafiəçilərinə, jurnalistlərə, ədaləti müdafiə edən insanlara, o cümlədən hakim və müstəntiqlərə təşəkkür edib.

Quliyeva 15 yaşından başlanan həbs həyatından danışıb.

“Mən cinayəti törədəndə uşaq olmuşam. Buna baxmayaraq öz hüququmu özüm qorumuşam. Bizim və Vüqargilin Aslanovla nə əlaqəmiz ola bilərdi. Onlar varlı biz kasıb... Bu onun (Aslan Aslanovun oğlunu nəzərdə tutur-red) atana, anana, qohumuna deyəcəm səni "belə eləsin" sözlərinə cavab idi”.

Quliyeva həbsdə ağır həyat keçirdiyini deyib. Hər dəfə 400-500 məhbusla bir yerdə yaşayıb, fikrini çatdırmaq çətindir.

“Həbs müddətində başqa məhbuslara qarşı olan münasibət mənə qarşı olmayıb. Həmişə gözləyiblər ki, addımımı bir qədər səhv atım”, deyə hərəkətlərinin daim izləndiyini diqqətə çatdırıb.

O ictimaiyyətdən xahiş edib ki, həbsxanada uşaq dünyaya gətirməsinə görə onu bağışlasın.

“Cəzamı artıranda düşündüm ki, kimin üçün yaşayıram. Uşaqlığım, gəncliyim həbsdə keçdi. Bir anamdan başqa bütün qohumlarım mənə baş çəkməkdən imtina edib. Onların hansı təsir altında olduğunu başa düşürəm. Mənim haqqımda düşünən insanara deyirəm ki, mənim taleyimi öz həyatlarında hiss edib münasibət bildirsinlər. Mənim yerimdə olan hər bir insan özünü asıb öldürərdi. Mən mübarizə apardım və uşaq dünyaya gətirməklə ictimai diqqəti cəlb etdim. Bu yeganə çıxış yolu idi. Mən əxlaqsız qadın deyiləm”, o hönkürtü ilə ağlayır.

Quliyeva həbsdə olarkən barəsində cinayət işi qaldırılmasını belə təsvir edib.

“Bunu eşidəndə rəhbərliyin yanına getdim ki, mən nə etmişəm ki, cinayət işi qaldırılıb. Orada məni sürüyə-sürüyə cəza kamerasına apardılar. Mən cəza kamerasında “allah” deyib fəryad edirdim”.

Quliyeva göz yaşları içərisində məhkəmə heyətinin onu həbsdən azad etməsini xahiş edib.

“Uşaqlığıma, gəncliyimə bağışlayın, körpəmə bağışlayın məni buraxın. Mən azadlıq istəyirəm. Yalvarıram məni azad edin…”, o ağlayır və ağlayırdı. Bu zaman körpəsi də anası ilə birgə ağlayırdı.

Quliyeva həbsində və ağır həbsxana həyatında günahı olanları da yaddan çıxarmayıb.

“Məni həyat bu addımı atmağa məcbur etdi. Mən uşaq idim, amma bağışlanmadım. Mənim ədalətsizliyə, haqsızlığa tuş gəlməyimdə qisas alanlar, ədalətsiz ittiham verib hökm çıxaranlar günahkardır ”, o qeyd edib.

Beləliklə, Bakı Apellyasiya Məhkəməsi Lamiyə Quliyeva barəsində Xətai Rayon Məhkəməsinin hökmünü 3 ilədək azaldaraq onu məhkəmə zalından azad edib.

Lamiyə Quliyeva və anası Kifayət Quliyeva bəzi jurnalistləri və media qurumlarını baş verənlərlə bağlı düzgün məlumat yaymamaqda günahlandırıb.

“Mən yalan məlumat yayan media orqanları və Aslan Aslıanovdan şikayət etməyəcəm. Onları allaha tapşırıram”, o qeyd edib.

Lamiyə Quliyeva keçmiş nişanlısı Vüqar Əliyevin işinə də məhkəmənin ədalətli baxacağına inanır.

“Allah onun da qapısını açsın”, o qeyd edib.

Vəkil Adəm Məmmədov bildirib ki, Vüqar Əliyevin işi ilə bağlı araşdırma başlanıb.

“Vüqar Əliyev də tezliklə azadlığa qovuşacaq”, vəkil bildirib.

Bununla yanaşı, Aslan Aslanovun ondan Vəkillər Kollegiyasına şikayə verdiyini bildirib.

“Amma şikayəti Aslan Aslanov yox, onun müstəntiq oğlu rəsmi geyimində təqdim edib”, Məmmədov qeyd edib.

***

Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə həbsdə olan Lamiyə Quliyevanın işi ilə bağlı Baş Prokurorluğun verdiyi protestə baxıb.

Məhkəmə protesti təmin edib və Lamiyə Quliyeva məhkəmə zalından azadlığa buraxılıb.

Baş Prokurorluq fevralın 4-də Lamiyə Quliyevanın barəsindəki cinayət işi ilə bağlı protest vermiş və Xətai Rayon Məhkəməsi işə baxılması barədə qərar qəbul etmişdi.

Lamiyə Quliyeva 2003-cü ildə həbs edilib.

Lamiyə Quliyeva azadlıqda
Lamiyə Quliyeva azadlıqda

Respublika Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il müddətinə azadlıqdan məhrum edilib. Sonradan L.Quliyevanın barəsində 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə cinayət işi başlanıb. Həmin cinayət işi ilə əlaqədar onun cəzası 5 il 6 ay artırılıb.

Baş Prokurorluğun protesti sonuncu işlə bağlı idi.

Vüqar Əliyev isə hazırda Qobustan həbsxanasında cəza çəkir.

Lamiyə Quliyevanın bir müddət əvvəl həbsxanada ana olması qalmaqala səbəb olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG