Accessibility links

Spirtli içki içən qadınların sayı kişilərlə müqayisədə sürətlə artır


Birləşmiş Ştatlarda aparılan araşdırmaların nəticələri göstərib ki, qadınlar spirtli içkiləri kişilər qədər içir.

Alkoqolizm və Alkoqol Milli İnstitutunun “Alcoqolizm: Kliniki və Eksperimental Araşdırma” jurnalında dərc edilən məqalədə qadınla kişi arasında alkoqol istehlakında fərqin azaldığı deyilir.

“Tədqiqat apararkən biz müəyyən etdik ki, bu dövrdə gündəlik içki istehlakı və bir ay ərzində spirtli içki içilən günlərin sayı kimi göstəricilərdə fərq azalır. Bu, alkoqollu içkilərdən doğan problemlər, o cümlədən içkili şəkildə avtomobilin idarə edilməsi hallarına da şamil edilir,” deyə, insititutun baş elmi məsləhətçisi Aaron Uayt bildirir.

Araşdırmaları apararkən Aron Uayt 2002-ci ildən başlayaraq 2012-ci illədək hər il aparılan araşdırmaların nəticələrinə nəzər salıb. O, son 30 gündə spirtli içki içən qadınların sayının 44.9 faizdən 48.3 faizə qalxdığını aşkar edib. Bu arada isə spirtli içki içən kiçiklərin sayı 57.4 faizdən 56.1 faizə düşüb.

Araşdırmaların nəticələrinə görə, qadınların spirtli içki içdiyi günlərin sayı ayda 6.8-dən 7.3-ə qalxdığı halda, kişilərinki 9.9-dan 9.5-ə düşüb.

Araşdırmalar İnstitutunun direktoru Corc Kob nəticələrin narahatedici olduğunu, spirtli içki içən qadınların kişilərlə müqayisədə daha çox təhlükədə olduğunu deyir. O, alkoqolun qadınlarda qaraciyər iltihabına, ürək-damar xəstəlikləri, xərçəng və neyro-toksik xəstəliyə səbəb olma riskinin çox olduğunu bildirir.

Araşdırmaların nəticələri əsasən 18-dən 25 yaşlar arasındakı qadınların çox içdiyini göstərib. Lakin onlar universitet təhsilli deyil. Əksinə, kollecdə oxuyan qadınlar və kişilər daha az içir.

Alimlər hələ də qadınların içkini azalda bilməmələrinin səbəbini aydınlaşdıra bilmədiklərini deyirlər. Lakin işlə təmin olunmanın, hamiləliyin və ya analığın bunun qarşısını almadığı məlumdur.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG