Accessibility links

Suriyada hava hücumları nəticəsində 553 adam həlak olub


Suriya fəallarının bildirdiyinə görə, ABŞ-ın başçılığı ilə hava hücumları nəticəsində 553 adam həlak olub. Ölənlərin əksəriyyəti Əl-Qaidə ilə əlaqəsi olan Cəbhətül-Nüsrə və İŞİD yaraqlılarıdır.

Britaniyada yerləşən İnsan Haqlarının Müşahidəsi qrupu ölənlərin 464-nün islamçı yaraqlılar, 32 nəfərin isə mülki vətəndaşlar olduğunu bildirib.

Suriyanın vətəndaş müharibəsində zorakılıqları qeydə alan qrup ölənlərin sayını dəqiqləşdirməyin mümkün olmadığına görə daha artıq İŞİD yaraqlısının öldürüldüyünü təxmin edir.

ABŞ və tərəfdaş ölkələr sentyabr ayının 22-dən bəri Suriyada 200-dən artıq hava hücumu həyata keçirib.

Koalisya qüvvələri İraqda 300-dən artıq mövqeni hədəf alıb.

Bu arada Pentaqon kürdlərə nəzərdə tulan havadan hərbi yardımların İŞİD yaraqlılarının əlinə keçdiyini təsdiq edib.

Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan Birləşmiş Ştatların Suriyada kürd döyüşçülərinə havadan hərbi yardım göstərməsini yanlış addım adlandırıb.

Ərdoğanın sözlərinə görə, İslam Dövləti yaraqlıları ilə döyüşən Suriya kürdlərinə hər hansı bir yardım Türkiyədə müstəqillik uğrunda on illərlə müharibə aparan fəaliyyəti qadağan edilmiş Kürdüstan Fəhlə Partiyası PKK-ya dəstək kimi qiymətləndirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG